09:34 Bazar Ertəsi, 23 Iyul 2018
Maqazin

Xalq artistinin həyat yoldaşı: "Ona görə hamballıq da etmişəm"

16:28, 17.04.20184763
Xalq artistinin həyat yoldaşı:
ARB TV-nin "Sirdaş Rövşanə” proqramının növbəti buraxılışının qonaqlarından biri də Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub. 

AZXEBER.COM xəbər verir ki, xalq artistinin həyat yoldaşı keçdiyi çətin dönəmlərdən danışıb:

"Elə günüm olub ki, soğanın indi kəsib atdığımız qatını saxlamışam ki, sabah başqa yeməyə vurum. Mənim də pis günlərim olub. Valideynlərim də olmayıb. Qapılarda iş görmüşəm, dövlət işində də işləmişəm. Çalışmışam ki, heç kimə möhtac olmayım. Sabah deməsinlər ki, Gülüyə çörək vermişəm, indi qudurub yanımdan düz keçir. Hamballıq da etmişəm, amma qoymamışam ki, Rəmiş başı aşağı gəzsin”.
 


XƏBƏR LENTİ