13:37 çərşənbə Axşamı, 20 Fevral 2018
GƏNCLİK

"Xalq radikal müxalifətin fəaliyyətini boykot edib"

18:11, 26.10.2017542
"28 oktyabr mitinqi Milli Şuranın uğursuz aksiyalar seriyasının davamıdır. Bu aksiyalar xalq tərəfindən etimadı limiti tükənmiş radikalların öz mövcudluqlarını xarici himayədarlarına göstərmək cəhdindən başqa bir şey deyil".
 
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Milli Şuranın oktyabrın 28-də "Məhsul" stadionunda keçirmək istədiyi mitinqlə bağlı danışarkən deyib. O bildirib ki, Milli Şuranın aksiyalarında həmişə olduğu kimi qurumda təmsil olunan partiyaların funksionerlərindən, bu partiyaların yedəyindəki müxtəlif təşkilatlarının üzvlərindən və bir sıra müxalif mətbuatın təmsilçilərindən başqa heç kim iştirak etmir: "Xalqın bu qüvvələrə olan münasibəti, yanaşması ortadadır. Vətəndaşlarımız iqtidara müxalifətçiliklə dövlətə müxalifətdə durmağı səhv salan, bütün addımları Azərbaycanı sevməyən xarici dairələrin maraqlarına xidmət edən qüvvələrə qarşı mövqeyini ortaya qoyaraq, onların nəinki mitinqini, ümumilikdə bütün fəaliyyətini baykot edib".
F.Şahbazlının sözlərinə görə, hazırda Azərbaycanda sürətli siyasi-iqtisadi islahatlar reallaşdırılır, ölkəmizin beynəlxalq nüfuzu hər ötən gün daha da möhkəmlənir: " Azərbaycan xalqı ölkədə gedən prosesləri dəqiq müşahidə və analiz etmək imkanına malikdir. Ölkəmizdə xalqla-iqtidar arasında böyük həmrəylik və qarşılıqlı etimad mühiti mövcuddur. Prezident İlham Əliyev dünyanın ən mühüm tribunlarından Azərbaycan dövləti və xalqının siyasi iradəsini qətiyyətli formada ifadə etməkdədir. Milli Şuranın təşkil etdiyi aksiyaların davamlı olaraq uğursuz alınması xalqımızın onların fəaliyyətinə göstərdiyi münasibətdir. Əgər özlərini lider hesab edən şəxslər rəhbərlik etdikləri partiyaların üzvləri qarşısında az da olsa məsuliyyət hiss etsəydilər, bu aksiyalardan sonra dərhal istefa verməli idilər”.
0
XƏBƏR LENTİ