Xarici Işlər Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yaydı

08 Avqust 2017, 15:23
AAA

"Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 7 avqustda Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Yusifov Ramin xəsarətlər alıb. 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirildi, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır yaralanıb. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib".

AZXEBER.COM xəbər verir ki, bunu erməni silahlılarının ötəngünkü vəhşiliyi ilə bağlı əməlini şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsü bildirib:

"Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir. 25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir.  
2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, arasında uşaq olmaqla 6 nəfər həlak oldu. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirdi, atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi.

Ermənistan Respublikasının yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.
26 iyul tarixində Xarici İşlər və Müdafiə Nazirlikləri Ermənistanın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca sistematik şəkildə atəşkəsi pozması, təxribatlar törətməsi və qəsdən yaşayış məntəqələrini və mülki insanları hədəfə alması barədə Ermənistana xəbərdarlıq məqsədi daşıyan birgə bəyanatla çıxış ediblər.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".


Oxunma sayı : 209

SON XƏBƏRLƏR
"Sabah"ın baş redaktoru qalmaqallı "Qarabağ" xəbəri haqda danışdı - ÖZƏL - 21 Oktyabr 2017, 01:53
Səməd Səmədov əməliyyat olundu - 20 Oktyabr 2017, 23:00
Əliyevlə Ərdoğanın D-8 zirvəsindən - Maraqlı fotoları - 20 Oktyabr 2017, 22:24
Bakıda qısa ətəkli qızlara necə baxırlar? - Sorğu - 20 Oktyabr 2017, 21:54
Sadəcə qadınların yaşadığı kənd — Kişilərə giriş qadağandır - FOTO - 20 Oktyabr 2017, 21:08
Vaqif Əsədov: “Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik” - 20 Oktyabr 2017, 20:03
Ermənistan ordusunun hərbi hissəsində partlayış: ölənlər var - 20 Oktyabr 2017, 19:41
Vaqif Sadıqov: “Millilərin son oyunlarından hamı narazıdır” - 20 Oktyabr 2017, 19:09
Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et! - 20 Oktyabr 2017, 17:49
Sükan arxasında söhbət edən sürücülər cərimələnəcək? - RƏSMİ AÇIQLAMA - 20 Oktyabr 2017, 17:38
Azərbaycanda yeni televiziya yaradıldı - 20 Oktyabr 2017, 17:19
Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi - 20 Oktyabr 2017, 16:50
“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev - 20 Oktyabr 2017, 16:45
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - SİYAHI - 20 Oktyabr 2017, 16:41
İş axtaran qız ona edilən təklifdən şok oldu: mesajı paylaşdı - FOTOFAKT - 20 Oktyabr 2017, 16:31
Ayandan cazibədar fotosessiya - dekolte, transparan - 20 Oktyabr 2017, 15:58
Qəbul imtahanlarında maksimum bal 400 olacaq - 20 Oktyabr 2017, 15:46
Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTO - 20 Oktyabr 2017, 15:39
Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi - Qəzetdə elan/ FOTO - 20 Oktyabr 2017, 15:27
Pensiya və maaşlar artacaq - 20 Oktyabr 2017, 15:12
“Nar”-dan yenilənmiş “Günlük” paketləri - 20 Oktyabr 2017, 15:04
“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin” - Qənirə Paşayeva - 20 Oktyabr 2017, 14:56
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - 20 Oktyabr 2017, 14:51
"Azərbaycan Olimpiya Oyunlarından kənarda qala bilər" - Azad Rəhimov - 20 Oktyabr 2017, 14:23
Qobustanda oğlandan 70 yaşlı anasına qarşı rüsvayçı hərəkət: dəfələrlə cinsi əlaqədə oldu... - 20 Oktyabr 2017, 14:10
Samuxda kişi arvadını ölümcül döydü - 20 Oktyabr 2017, 14:01
“Elə bil, lotoreya oynayırlar” - Oqtay Əsədov - 20 Oktyabr 2017, 13:46
"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor - 20 Oktyabr 2017, 13:18
Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - 20 Oktyabr 2017, 13:17
Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU - 20 Oktyabr 2017, 13:10
"Bank Respublika"nın özbaşınalığı tanınmış vəkili hövsələdən çıxartdı: Bankın xidmətlərindən imtina etdi - 20 Oktyabr 2017, 12:53
“Bakıda böyük partlayış olacaq” - Memardan həyəcanlı açıqlama - 20 Oktyabr 2017, 12:38
İranlı tələbəni öldürən şəxslərin görüntüləri yayıldı – FOTO - 20 Oktyabr 2017, 12:37
Azərbaycanlı qızın efirdəki erotik rəqsi marağa səbəb oldu - VİDEO - 20 Oktyabr 2017, 12:28
Yeni nazirdən ilk açıqlama: "İslahatlara ehtiyac var" - 20 Oktyabr 2017, 12:13
Reanimasiyada olan tanınmış diktor Almaniyaya göndəriləcək - 20 Oktyabr 2017, 12:08
İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO - 20 Oktyabr 2017, 12:07
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı - 20 Oktyabr 2017, 11:36
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - 20 Oktyabr 2017, 11:22
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl" - 20 Oktyabr 2017, 11:02
Tələbə qəbulu Qaydalarında dəyişiklik edildi - 20 Oktyabr 2017, 10:58
“AtaBank” zamin qadını həbs etdirdi - Borclunun özünü tapa bilmirlər... - 20 Oktyabr 2017, 10:49
Deputatlığa namizəd azərbaycanlı güllələndi - İki dostu və qayınatası ilə birlikdə - FOTO - 20 Oktyabr 2017, 10:45
«Lənkəranski»nin varidatı uğrunda müharibə: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar... - 20 Oktyabr 2017, 10:37
"İlk həyat yoldaşım alfons idi "– Səidə Dadaşova - 20 Oktyabr 2017, 10:31
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10