"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov

21 Noyabr 2017, 16:27
AAA

"2018-ci il və ortamüddətli dövr üçün dövlət büdcəsi layihəsi, eləcə də, sosial-iqtisadi hədəflər cari ildə gedən müsbət makroiqtisadi proseslər və növbəti ilin makroiqtisadi proqnozları nəzərə alınmaqla hazırlanıb. Ümumilikdə proqnozlar 2017-ci ilə nisbətən daha nikbin ssenariyə əsaslanır".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, neftin 1 barelinin orta qiymətinin 45 dollar olması, məzənnə sabitliyi, 6% ətrafında orta illik inflyasiya bu sxemə uyğun baza şərtləridir: "Büdcə xərclərinin, ilk növbədə investisiya xərclərinin artımı iqtisadi artımı stimullaşdırmaq kontekstində müsbət qiymətləndirilməlidir. Proqnozlaşdırılan neft qiymətlərində tədiyyə balansının cari hesabı gələn ilə tarazlıdır. Dövlət Neft Fondunun transfertləri isə bəzi metodoloji nüanslar nəzərə alınmaqla, demək olar ki, cari il səviyyəsindədir. Formalaşan makroiqtisadi sabitlik çərçivəsi realistikdir".

E.Rüstəmov 2018-ci ildə AMB-nin fokuslaşacağı istiqamətləri də açıqlayıb. O bildirib ki, dayanıqlı iqtisadi artıma şərait yaratmaq üçün makroiqtisadi sabitliyin qorunması gələn il də qarşıda duran başlıca vəzifədir: "2018-ci ildə inflyasiya üzrə proqnozlaşdırılan 6% səviyyəyə nail olmaq üçün hökumət və Mərkəzi Bank tərəfindən sıx koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Büdcə siyasətində nisbətən yumşalmanı nəzərə alaraq Mərkəzi Bank konservativ monetar siyasət yürüdəcək və monetar şəraitin yumşaldılmasını inflyasiyanın aşağı salınması nəticəsində sıx əlaqələndirəcək".

AMB rəhbəri qeyd edib ki, 2018-ci ildə iqtisadiyyatın, xüsusilə fiskal sektorun pula olan tələbatından asılı olaraq pul təklifinin həcmi inflyasiya təzyiqləri prosesləri nəzərə alınmaqla tənzimlənməli, izafi pul emissiyasına yol verilməməlidir. E.Rüstəmov bildirib ki, məzənnənin volatilliyinin aşağı salınması və sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaq. "Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq. 2018-ci ildə də makroiqtisadi siyasət qərarları Maliyyə Sabitliyi Şurası çərçivəsində sıx koordinasiya ediləcək.

Ortamüddətli dövrə nəzər salsaq, iqtisadi artımın daha da sürətlənməsi və bu əsasda daha yüksək həyat şəraitinin təmin olunması üzrə bundan sonra öncəki dövrdə əldə olunan sürətin itirilməməsi başlıca vəzifə olaraq qalır. Bu məqsədlərin reallaşdırılmasının üç əsas baza şərti var: birincisi, effektli iqtisadi, o cümlədən də makroiqtisadiyyatın yürüdülməsi; ikinci, struktur islahatlarının təmin olunması; üçüncüsü, insan kapitalının qabaqlayıcı inkişafı. Bu məqsədlərin realizasiyası daha dərin makroiqtisadi manevr, stabilləşdirici makroiqtisadi siyasətdən tədricən stimullaşdırıcı makroiqtisadi siyasətə keçidi tələb edir. Stimullaşdırıcı makroiqtisadi siyasət çərçivəsində ilk növbədə aşağı inflyasiya təmin edilməlidir", - deyə o vurğulayıb.

Sədr qeyd edib ki, inflyasiyaya təsir imkanlarını artırmaq üçün Mərkəzi Bank pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini gücləndirir: "Pul bazarının aktivləşdirilməsi, inflyasiyanın bazarda formalaşan qısamüddətli faizlərlə idarə edilməsi optimal pul siyasəti rejiminə keçidin həlledici mərhələsini təşkil edir. Bunu nəzərə alaraq növbəti ildə Mərkəzi Bank tərəfindən hazırlanan və Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiqlənən "Pul bazarlarının inkişaf proqramı" üzrə tədbirlər aidiyyəti qurumlarla birlikdə həyata keçiriləcək. Stimullaşdırıcı büdcə-vergi siyasəti çərçivəsində son dövrdə büdcə sisteminin dayanıqlığının artırılması, maliyyə risklərinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu baxımdan, hazırlanan fiskal qaydaların pul strategiyasının və orta müddət xərc strategiyasının qəbul edilməsi və tətbiqi orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığı təmin edəcək. Lakin digər tərəfdən büdcənin xərc istiqamətlərinə yenidən baxılmalı, bu xərclərin passiv istiqamətlərdən iqtisadi inkişafın, ilk növbədə insan kapitalının inkişafını dəstəkləyən istiqamətlərə yönəldilməsi təmin edilməlidir. Bu, çox mühüm beynəlxalq bir trenddir və biz bunu nəzərə almalıyıq".

E.Rüstəmov bəyan edib ki, maliyyə-bank sektorunun iqtisadi artımı maliyyələşdirilməsində rolu bərpa olunmalı və gücləndirilməlidir. Onun fikrincə, bank sistemində restrukturizasiya prosesi tamamlanmalı, problemli aktivlər problemi həll edilməli və bankların kapitalizasiya istiqamətində görülən tədbirlər davam etdirilməlidir.


Oxunma sayı : 279

SON XƏBƏRLƏR
Kərə yağı ucuzlaşmaq əvəzinə bahalaşdı - 12 Dekabr 2017, 12:11
Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə öldü - 12 Dekabr 2017, 11:53
İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi - Ölən var - 12 Dekabr 2017, 11:31
Bakıda şok hadisə: ayıq sürücü avtomobilin açarını qaçırdı - 12 Dekabr 2017, 11:10
Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı - 12 Dekabr 2017, 10:53
Yeni nazir bütün əməliyyatları dondurdu - Vergilər Nazirliyində durğunluq - 12 Dekabr 2017, 10:50
Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi - 12 Dekabr 2017, 10:49
Azərbaycanda bələdiyyə üzvü özünü öldürdü - 12 Dekabr 2017, 10:44
18 yaşlı model biabırçı şəkildə öldü - 12 Dekabr 2017, 10:42
Paytaxtda kütləvi dava: Bıçaqlananlar var - 12 Dekabr 2017, 10:40
Prezident ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi - 12 Dekabr 2017, 10:23
Bu da “Fazilet Hanım ve Kızları”nın aktyorunun sürpriz sevgilisi - FOTOLAR - 12 Dekabr 2017, 01:04
Heydər Əliyevin vəfatından 14 il keçir - 12 Dekabr 2017, 00:50
Yol qəzasında yaralanan hərbçi xəstəxanada ölüb - 11 Dekabr 2017, 22:37
Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib - 11 Dekabr 2017, 22:17
“Aysel deyir ki, subay olsaydın sənə...” Zaur - 11 Dekabr 2017, 21:40
Nyu-Yorku qana bulayan terrorçunun - Fotosu - 11 Dekabr 2017, 21:38
Prezident sərəncam verdi - 11 Dekabr 2017, 21:11
“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar - 11 Dekabr 2017, 20:50
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - 11 Dekabr 2017, 20:29
Röyanın keçmiş biznes ortağı həbs edilib – FOTO - 11 Dekabr 2017, 20:06
Fazil Məmmədovun ailə - FOTOLARI - 11 Dekabr 2017, 17:53
Vergilər Nazirliyi sahibkarlara müraciət etdi - 11 Dekabr 2017, 17:53
"Neftçi" "ASAN məktub" sosial layihəsinə qoşulur - 11 Dekabr 2017, 17:48
UNESCO-nun Forumunda Ermənistanın təxribatçı addımları pislənilib - 11 Dekabr 2017, 17:46
Sərxoş kişi kanala yıxıldı: meyiti tapıldı - Bərdədə - 11 Dekabr 2017, 17:37
Türkiyəyə ərə gedən azərbaycanlı qadın: “Ərim 8 bıçaq vurdu, qaynım yataq təklif elədi...” - 11 Dekabr 2017, 17:26
Salyandakı qətli törədənlər Bakı İstintaq Təcridxanasına köçürüldü - 11 Dekabr 2017, 17:23
Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir - 11 Dekabr 2017, 17:14
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - 11 Dekabr 2017, 17:13
“Yaşa Bakinski”ni öldürənə 18 il verildi - 11 Dekabr 2017, 17:10
“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik - Dayanacaqda saxlamır (VİDEO) - 11 Dekabr 2017, 16:38
Salyandakı amansız qətlin sirri – FOTO - 11 Dekabr 2017, 16:33
Evlənmək istəyən 11 nəfərdə QİÇS tapıldı - 11 Dekabr 2017, 16:22
Qurban Qurbanovun Azərbaycan milli komandasında debüt oyununun tarixi açıqlanıb - 11 Dekabr 2017, 16:21
“Gelandewagen”lə adam öldürən Əli Həsənovun nəvəsi azadlığa çıxır – Yaxın tarixdə - 11 Dekabr 2017, 15:56
Bakıya köçən moskvalı qız yollardakı vəziyyətdən şoka düşdü - FOTO - 11 Dekabr 2017, 15:43
"Real - "PSJ"yə, "Barsa" - "Çelsi"yə, "Beşiktaş - Bavariya"ya qarşı - PÜŞK ATILDI - 11 Dekabr 2017, 15:22
Fədayə Laçınla bağlı məhkəməyə müraciət ediləcək - 11 Dekabr 2017, 15:16
Ramil Usubov rəisi işdən çıxardı - 11 Dekabr 2017, 15:06
Bu qurumların Dövlət Sosial Müdafiə Fonduna borcu var - 11 Dekabr 2017, 14:59
Gülər Əhmədovanın oğlu nişanlandı – FOTO - 11 Dekabr 2017, 14:25
Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşdu - Yaralı var - 11 Dekabr 2017, 14:23
Tanınmış idman şərhçilərinə vəzifə verildi - 11 Dekabr 2017, 14:04
Məmur sərxoş halda qəza törətdi, vurduğu sürücü öldü - Yaralılar var - 11 Dekabr 2017, 13:58
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10