12:10 Cümə, 19 Oktyabr 2018
KÖŞƏ

Xəbər acıdır

12:42, 19.04.20153357
Xəbər acıdır

Nigar İsmayılqızı

İstanbul... Qan izləri, həyəcanla görən hətta baxan gözlərdə donmuş göz yaşları, dillərdə cavabsız sullar. 02.04.2015. Günlərdən biri. Şəhərdə həyəcan hiss olundu. Və İstanbulun tarix, inam, mübarizə bir balaca savaş qoxan ruhu...

Kafe.

Kafelərdə görünən insanlar səssiz gəmidə ruhlarına qovuşub yol gedirdilər. Əsas o idi ki, insanlarda ruhun olduğu hiss olunurdu.

Balaca Bakımdan kənarda.

Xəbər.

Həyəcan.

İstanbulda polis idarəsinə silahlı hücum edilib, ölən və yaralananlar var.

Üzərində partlayıcı qurğu və silah olan terrorçu qadın öldürülüb!

İnsanlar bu həyacanlı, xəbərsiz gələn xəbərin ağır enerjisini canlarına çəkib bir neçə saniyə öncə baş verən hadisələri müzakirə edirdilər.

İnsanlar müzakirə edirdilər. Daha vacib bir fakt müzakirə etməyi bacarırdılar. Ən əsası bir-birini dinləməyi çox incəliklə edirdilər. Birdən çıxan xəbər Orxan Pamukun sözü olmasın “Kafamda bir tuhaflık” yaratdı. İnsanların baş verənlərlə bağlı fikir paylaşması mənim burnuma nərgiz qoxusu gətirirdi.

Xəbər acıdır!

Mənzərə şirin...

İnsan mənzərələrinə baxırdım. Nazim Hikmet Adanada doğulan, gələcəyin məşhur yazarlarından olan Orxan Kemala Bursa cəza evində deyirdi: İnsan mənzərələri. İnsan haqqları. Kimsə haqqı onlardan zorla ala bilməz...

Kafedə səslər.

Bayırda güclü yağış.

Bu cümləni tez-tez eşidirdim. İstanbulda polis idarəsinə silahlı hücum edilib, ölən və yaralananlar var!!!Ölən və yaralananlar...

Günün xəbəri: idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilib.

Qadın məhv edilib.

İnsan.

Nə olursa olsun məhv edilən insandır.

Demək hələ də ağrını iliklərində hiss edən, yaralı, siziltisi heç zaman bitməyən insanlar var!!! Ölən öldü. Bir hesab var idi. Onunla hesablaşdılar.

Kimsə hesab soranının qarşısını kəsə bilməz...

Hesab sorulacaqsa demək ki, sorulacaq. Bəs bu xəbəri eşidən anaların, ataların,bacıların,qardaşların nə günahı var idi!?

Günah...

Hər insana doğma olan günah.

... Elə bu anda Dostoyevskinin “Günah cazibə qüvvəsidir” fikri ağlımdan ağır-ağır keçdi. Doğurdan da günah bir cazibə qüvvəsi kimi biz insanları özünə doğru çağırır. Çağırışı ilə bizə hakim kəsilir və sonra qeyb olur. Bir terror aktı dünyada hər şeydən qiymətli olan insanları elə həyacanlandırmışdı içi mən qarışıq. Demə bu günün cinayətkarı Dostoyevskinin Raskolnikovu kimi qəddar, amansız olsa da vicdanına hesab sormadan Tanrının ətəklərinə sarılıb, bağışlanmağını nəql edirdi. Terror aktının ruhsuz cəsarətli qəhrəmanı dünyada ağrının nə olduğunu hiss etmədən bu yolu seçdi. Ona görə bu yol rahat idi. Seçdi və getdi.

...İnsanlardan uzaqlaşıb meşədə tək başına yaşayan Tolstoyun “Savaş və Barışını”oxumadı. Və buz kimi ağır, qəlbləri sızladan silaha qucaq açıb tarixdə amansız bir insan kimi həyata əlvida dedi. Əbədiyyətə doğru addımladı. Elə bilirəm əbədiyyətə doğru gedən yol insandan vicdan tələb edir...

Doğurdan da Türkiyədə baş verən hadisə bir daha sübut etdi ki, mənəvi boşluqlar, ruhsuz cisimlər, psixoljı gərginliklər insanın savaşa qucaq açmasına şərait yaradır.

İstər kişi, istər qadın nəticədə insan həyatından söhbət gedir.

Terror...

İnsan...

Nə olursa olsun terrorçuda bir insandır və Allah onu sevərək bu dünyaya gətirib.

Bu anda bir anlıq onu düşünmək mütləq idi...

Tarixin yaddaşına qara hərflərlə həkk olan bu insanın ürəyini deyəsən Jan Pol Sartır kimi çox bulandırıblar. Bu baş gicələndirmələrin nəticəsi göz qarşısındadır. Sartıra görə insan hər zaman mövcuddur. Mövcud insanın daxilində bir rəssamın rəngləri kimi rəngarənglik yoxdursa demək bu xaos insanı ürək bulanmaya doğru aparacaq. Xaosla yaşayan insanın həyatda mövcud olması kimə lazımdır? Və bu vətəndaş özündən və cəmiyyətdən nə zövq alıb yaşayacaq? Zövqsüz, ruhuz qəlbin bir ailəyə və cəmiyyətə nə faydası ola bilərki?! Ürəkbulanma onu əcəl körpüsünə qədər apardı.Fransız yazarına görə, insan həyatını iyrənmədən xatırlamalıdır...

Xaos.

İnsanların daxilindəki xaos həyatı baş açılmaz edir insan sistemsizlikdə yox olur. Yenidən var olması isə mümkünsüzləşir. Təsvirsiz hisslər qarşısında bəzən qələmdə aciz qalır. Bu dəfə qələm səssiz idi.Lap səssiz idi...

Bu səhər İstanbulun Teşvikiyə istiqamətində yavaş-yavaş gəzirdim. Hava günəşli idi. Açıq hava altında yerləşən kafelərdə insanlar söhbət edir, kitab və qəzet oxuyurdu. Mənzərə ürək açan idi. Lap ürəyə yol tapan idi...

Vətən prospekti!

Axşam saatları. Dayanmadan yağış yağır. Yağış damcıları İstanbulu yuduğu kimi, acı xəbərdə qəlbləri yuyub təmizliyə çıxarırdı. Elə bilirəm hər bir ağrı insanı insan olmağa çağırış edir...

Bu günkü mənzərənin personajı Herman Hessenin “Yalquzaq” romanını oxuyub bir balaca hisslərini itiləsəydi bəlkə o silahla isti cana qıymağa cəhd etməzdi...

Sənətdən, ədəbiyyatdan, teatrdan, kinodan, musiqidən, uzaq olanda insan oğlu cahilliyin bir addımlığında mövcud olur. Və oldu da...

Hər gün Mecidiyəköy-Şişliyə doğru gedirdim. Bu gün başqa idi. Bu səhərin öz ruhu var idi. Yaşadıqlarımın mənim üçün öz rəngi var idi. Hücuma uğrayan polis idarəsinin yanından keçəndə ürəyim əvvəlki ürək deyildi. Bu məkan artıq başqa bir enerji ilə yerli və xarici qonaqlara nəsə deyirdi! Əslində səssiz idi. Amma bu səssizlikdə sonsuz bir dünya, savaş, barış var idi. Yağış dayanmadan yağırdı. Evə gəldim. Ağ, incə saplarla işlənmiş tül pərdəni sağ tərəfə çəkdim. Üzun şüşəli eyvanın qapılarını açdım, eyvandan yağış damcıların üstündən keçən sarı taksilərə baxdım. Yağışın üstündə gözümə balıqlar göründü. Balıqlara baxmaq məni sakitləşdirdi. Hələ yaşamaq üçün mübarizə aparırdılar.

İstanbul.

Vətənim prospekti!

Silahlı hücum!

Terorror.

İnsan...

Həyat gözlərimə daha da rəngli göründü!

Bir axşam yeddi təpə üzərində yerləşən İstanbulda bunları yaşamaq fərqli idi. Vətəndən kənarda var olub həyatı sevmək, inamla yaşamaq qürur verici idi...

Səhər İstanbula günəş doğacaq, Boğazdan dənizi seyr edəcəm. Ağ martılar hərəkətli gəmilərin arxasınca uçacaq hətta gəmiləri tərk etməyəcək...

İstanbul-Mecidiyəköy-Şişli xatirələri.

Yağış damcıları və ....

İSTANBUL- 02.04.2015,Aktual.az

XƏBƏR LENTİ