"Xənnas"ın rejissoru: "Bu film uğursuz olsa, özümü asacam" -MÜSAHİBƏ

27 Aprel 2017, 15:22
AAA

AZXEBER.COM-un müsahibi mayın 4-u təqdimatı olacaq "Xənnas" filiminın rejissoru Elvin Abdulladır.

- Elvin, Azərbaycanda son zamanlar komediya janrında filmlər çəkilir. Amma sizdə tam əksi oldu. Qorxu film çəkdiz. İlk sualım budur: Qorxmursuz?

- Biz oturduq fikirləşdik ki, kino sektorunda necə səs–səda yaradıb, sözümüzü deyə bilərik. Ümumiyyətlə, komediya janrları mənə yaxın deyil. Ona görə başqa janra üz tutduq. Əslində, Azərbaycan da heç kim mistik trelyerə müraciət etməyib. Bu ilkə imza atmaq istədik. Adımızın kino sahəsində qalması bizim üçün xoş və fəxr olacaq. Onu da deyim ki, mən özümü ilk adlandırmıram. Amma rəsmi olaraq biz ilkik. Nəyə görə? İndiyə kimi çəkilənlər qorxu filminə bənzər filmlər olub. Misal üçün şərhlərdə "Şərq qarışanda” filmini oxuyuruq. O mistiq deyil, psxoloji filmdi. Orada bir müəllim psixologiyası pozulduğuna görə şagirdlərini öldürür. O ayrı məsələdir. Amma sırf mistik , paranormal hadisələr olan "Xənnas” ilkdir. Buna heç kəsin şübhəsi ola bilməz. Buna bənzər adını çəkmək istəmədiyim başqa bir qorxu filmi də var. Ona da Azərbaycanın ilk qorxu filmi deyilir. Onların özləri və rejissoru mənimlə əlaqə saxladı. Mən də onlara bizim filmdə gedən gedişatı, hadisələri başa salanda bildirdi ki, həqiqətən sizin film ilkdir. Bizdə metofizik qüvvələrdən, paranormal hadisələrdən, cinlərdən, şeytanlardan və ruhlardan danışılır.”

- Səncə Azərbaycan tamaşaçısı belə bir filmi qəbul etməyə hazırdır?

- Müşahidə aparıb,analiz etmişik. Sadəcə detalları demək istəməzdim. O bizim kommersiya sirrimiz olsun. Amma biz təbii ki, bu addımı atanda ciddi fikirləşmişik. Əslində bu bizim üçün də sualdır. Sırf təcrübədən belə bir şey keçməyib deyə, yaradıcı heyət, kinotetarlar və ümumiyyətlə Azərbaycan üçün böyük bir təcrübədir. Çox ümid edirəm ki, müsbət olacaq və xoş olacaq.

 

 

- Son günlər çəkilən filmlərin çoxunda aktrisa Pərvin Abıyevanı görürük. Sizin filmdə də Pərvinə rol verilib. Bu nə ilə bağlıdır? Azərbaycanda ondan başqa aktrisa yoxdur?

- Siz də yəqin fikirləşmirsiz ki, Pərvin bizə maddi kömək edib. Son günlər bu şayə bizi çox incidir. Bir daha qeyd edirəm ki, Pərvin bu filmə sponsorluq etməyib. Bu tamamilə yalandır. Bu söhbəti kim çıxarıb bilmirik. Şayələrdən Pərvin də narahatdır. Pərvinin filmə seçilməsi onun istedadı və şəxsi münasibətlərimizin isti olmasıdır. Maliyyəni özümüz buraxmışıq, sponsorumuz da var. Pərvini özünə görə çəkmişik, puluna görə yox.

- Bir müddət öncə Pərvinlə videonuz yayılmışdır. Bu haqda nə deyə bilərsən?

- O videonun yayılmasına qarşıyam. Onu kim paylaşıb, bizim üçün də sualdır. O videoya diqqətlə baxsanız, görərsiz ki, Şəkidə dağın başında qrim otağındayıq. 48 gün film çəkilişi etmişik. Çəkilişlər günəş batanda başlayıb, günəş çıxanda bitib. Çəkilişdə işlər o qədər gərgin idi ki, qrim otağında mahnı qoyduq və başladıq oynamağa. Stresslərimizi atmaq üçün etdik. Oynamağımızı dostumuz çəkirdi. Sonra Pərvin videonu sosial şəbəkədə paylaşdı. İki saat sonra həmin videonu sildi. 2 saat ərzində bəzi adamlar onu yükləyib. Videonun yayılmasına elə də pis olmamışam. Başqa səhifələrin bu videonu ayrı–ayrı adlarla paylaşmasına pis olduq. "Youtube” də Pərvinin seksi rəqsi yazsaz, bizim rəqsimiz çıxacaq. O video seksdən, seksual hərəkətdən heç nə görə bilməzsiz. Bizi narahat edən insanların pis alqılamasıdır. Biz gündəmdəyik deyə videonu belə paylaşmaq olmaz. Hər kəs qapalı bir yerdə oynaya bilər. Bunu çox böyütdülər.

 

- Pərvindən söz düşmüşkən digər aktrisalardan da danışaq. Bir rejissor olaraq aktyorların işini necə qiymətləndirirsən?

- Bizim seçdiyimiz aktyorlar həm də dostlarımızdır. Mənim şəxsi münasibətimin yaxşı olan, neçə il tanıdığım insanlardır. Onların dəstəyi əvəzsizdir. Yəni 48 gün Şəki də qalıb çəkilişdə iştirak etdilər. Bütün əziyyətlərə qatlaşdılar. Hər bir məqamda mənim arxamda oldular. Düşünərəm ki, aktyorlar məndən daha ön planda olmalıdır. Filmin yiyəsi, ağası, məsuliyyətini daşıyan rejissordur. Amma öndə görünənənlər təbii ki, aktyorlardır. Bu filmə görə mən aktyor və aktrisalara borcluyam, onlar olmasa "Xənnas” da olmaz.

- "Xənnas”a nə qədər pul xərcləmisən?

- "Xənnas" filiminin büdcəsi az idi deyə biz sırf dostlarımızın gücünə film çəkməyə qərar vermişdik. Bir az vaxt keçdikdən sonra xərclər artdı. "Xənnas” filminə bu günə qədər 200 minə yaxın pul xərclənib. İlk öncə öz gücümüzə çəkmək istəyirdik. Özümüz çəkdiyimiz üçün istedadlı dostlarımızı çəkmək istəyirdik. Peşəkarlığa qaldıqda isə kimsə mənim dostumdur deyə çəkməmişəm. Aktyorlar çox istedadlıdırlar, obrazlarının öhdəsindən yetərincə gəliblər. Açıq kastinqdə olsaydı, yenə bu insanları seçərdim.

- Filmin təqdimatına hazırlıq necə gedir?

- Filmin təqdimatı may ayının 3-ü "Nizami” Kino mərkəzində olacaq. Qapalı təqdimat olacaq. Sırf dəvət olunmuş adamlar olacaq. Bizə zənglər, xahişlər olur. Onu nəzərə alıb 100 bilet satışa çıxaracağıq. Biz "Cinema Plus”-u seçmişik. Bildiyiniz kimi, Azərbaycanda yerli fiilmlər eyni anda iki distrubuturdə çıxa bilmir. "Cinema Plus”- a inanırıq ki, satış yüksək olacaq. Film həm Nizami kino mərkəzində, həm də Cinema Plus mərkəzlərin də satış olacaq”

Əgər film bir çox yerli film kimi uğursuz oldu və tez bir zamanda vizyondan çıxarıldı. O zaman nə edəcəksən?

"Film uğursuz olsa özümü asacam. Zarafat bir yana ancaq bu film uğursuz alınsa depresiyasından necə çıxa biləcəyimi bilmirəm. Çünki mənə güvənən, dəstək olan dostlar çoxdur. Onların yanında biabır olmaqdan qorxuram.

- Filmə görə nə qədər borca girmisən?

- Birinci borclarımı qaytarmağı düşünürəm. Hazırda 56 min öz borcum var. Amma qardaşımı da bu işə salmışam, o da çox maliyyə xərcləyib.

- Elvin, bir neçə il öncə bizə müsahibəndə demişdin ki, "Oskar”ı Azərbaycana gətirəcəksən. Amma indi ancaq puldan danışırsan, deyəsən "Oskar” artıq unudulub...

- O zaman gənc idim, həvəsli idim. Düşünürdüm ki, bunu edə bilərəm. Bu gün də bu xəyalımdan əl çəkməmişəm, gec – tez bunu edəcəm. Sadəcə indi daha real düşünürəm.

 
AZXEBER.COM
 

Oxunma sayı : 34564

SON XƏBƏRLƏR
Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş: Keçmiş rəisin oğlu niyə qaçıb? - 22 Sentyabr 2017, 18:44
“Çelsi” rəsmən təsdiqlədi: Dieqo Kosta “Atletiko”da! - 22 Sentyabr 2017, 18:20
Prezident Səudiyyə Ərəbistanı kralını və vəliəhdi təbrik etdi - 22 Sentyabr 2017, 18:13
Ramil Usubovdan yeni təyinat - 22 Sentyabr 2017, 17:56
Sabiq nazir müavinin oğlu ölkədən çıxıb - 22 Sentyabr 2017, 17:47
Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA - 22 Sentyabr 2017, 17:43
Üç günə olan məzənnə açıqlandı - 22 Sentyabr 2017, 17:38
Həbsdə olan bələdiyyə sədri vəfat etdi - 22 Sentyabr 2017, 17:24
Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası - 22 Sentyabr 2017, 17:17
Prezident: Azərbaycan iqtisadi gücü sürətlə artan ölkədir - 22 Sentyabr 2017, 17:13
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - 22 Sentyabr 2017, 16:55
Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO - 22 Sentyabr 2017, 16:42
“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş - 22 Sentyabr 2017, 16:29
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - 22 Sentyabr 2017, 16:26
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...» - 22 Sentyabr 2017, 16:09
Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA - 22 Sentyabr 2017, 16:05
Qənirə Paşayevadan Kırşehirdə Qarabağ çağırışı etdi - 22 Sentyabr 2017, 15:46
"Xoşqədəm yalandan bu hadisəni şişirdib, şou düzəldir" - Bələdiyyə sədri - 22 Sentyabr 2017, 15:37
Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi - 22 Sentyabr 2017, 15:27
Paris konservatoriyasında təhsil alan gəncdən "Sarı gəlin" ifası - VİDEO - 22 Sentyabr 2017, 15:11
“Anam bakılıdır, şəhəri bir az tanıyıram” - Milli Məclisdə çıxış edən erməni deputat - 22 Sentyabr 2017, 15:10
"Burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb" - Yusuf Məmmədəliyev - 22 Sentyabr 2017, 15:03
Moskvada azərbaycanlını öldürən şəxsin görüntüləri - 22 Sentyabr 2017, 15:02
Mətanət İskəndərli qızının toyunda bu ifası ilə hər kəsi kövrəltdi - VİDEO - 22 Sentyabr 2017, 14:57
"Məni Rəqsanənin qızı kimi təqdim edin, bəsimdir" - 22 Sentyabr 2017, 14:36
Nazirlər Kabinetindəki şöbə müdirləri kimlərdir? - TAM SİYAHI - 22 Sentyabr 2017, 14:28
"Domestos" Üzeyir Hacıbəylini təhqir etdi: Əsərinə "mikrob" yapışdırdılar - 22 Sentyabr 2017, 14:20
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü – FOTO - 22 Sentyabr 2017, 14:11
Rus politoloqlardan etiraf: İlham Əliyev BMT-də ədalət dərsi keçdi - 22 Sentyabr 2017, 14:07
Erməni deputat: "Bakıda gəzib baxacağıq ki, erməni irsi necə qorunub” - 22 Sentyabr 2017, 13:57
“AAAF Park”ın rəhbəri həbs edildi - 22 Sentyabr 2017, 13:56
"İxtisas qruplarına daxil olan fənlərin sayı 5-dən 3-ə endiriləcək" - Təhsil eksperti - 22 Sentyabr 2017, 13:52
Müğənni Manaf bu gün oğluna toy edir: Məhərrəmliyin ilk günü - 22 Sentyabr 2017, 13:44
Azərbaycanda AA seriyalı maşın qəza törətdi - 22 Sentyabr 2017, 13:37
Avtobus sürücüsünü döyən şəxs tutuldu - 22 Sentyabr 2017, 13:33
Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - XƏBƏRDARLIQ - 22 Sentyabr 2017, 13:31
Nazim jurnalistlə hücum çəkdİ: "Mənim günümə əzizlərin düşsün" - VİDEO - 22 Sentyabr 2017, 13:18
“6 güllə yarası almışam, 7 ay həbsdə yatmışam, Şeyxlə aramızda ciddi problem yoxdur” - 22 Sentyabr 2017, 13:17
Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış! - 22 Sentyabr 2017, 13:14
Sabah hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ - 22 Sentyabr 2017, 12:56
Buraxılış imtahanlarına hansı fənlər salınacaq? - DİM rəhbəri açıqladı - 22 Sentyabr 2017, 12:51
AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - Sui-qəsd planları yayıldı - 22 Sentyabr 2017, 12:44
Azərbaycanda dəhşətli hadisə: ata-anasını öldürüb qaçdı - 22 Sentyabr 2017, 12:33
Məleykə Abbaszadədən qəbul imtahanlarındakı yeniliklərlə bağlı - AÇIQLAMA - 22 Sentyabr 2017, 12:23
Ağır xəstə olduğunu bildi - Özünü 17-ci mərtəbədən atdı - 22 Sentyabr 2017, 12:10
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10