20:47 Bazar Ertəsi, 14 Oktyabr 2019
DÜNYA

Xərçəngdən ölən ərinin arzusunu yerinə yetirdi - Şəkli ilə səyahətə çıxdı

21:52, 07.07.20194296
Xərçəngdən ölən ərinin arzusunu yerinə yetirdi - Şəkli ilə səyahətə çıxdı

Avstraliyanın Melburn şəhərindən olan Mişel və Pol Börk cütlüyü boş vaxtları olan kimi dünya səyahətinə çıxacaqları barədə razılığa gəlmişdi. Amma onların boş vaxtı olmadı. Bir müddət sonra isə həkimlər Polda dəri xərçəngi xəstəliyi aşkar etdi.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, bu barədə "LADbible” yazıb. Ağır xəstəlikdən dünyasını dəyişən Polun son arzusu həyat yoldaşını çox təsirləndirib. O, Mişeldən dünya səyahətinə çıxmağını xahiş edib, onsuz belə olsa.

 

Mişel 25 illik ömür-gün yoldaşının son arzusunu yerinə yetirib. Qadın həyat yoldaşının kardon fiqurunu hazırlayıb və onunla səyahətə çıxıb. Bir çoxları kartonla şəkil çəkdirən qadının bu addımı təəccüblə qarşılayırdı, amma indi onlar əsl həqiqəti bilir.

"Mən ona dedim ki, sənin şəklini götürüb kardon fiqur hazırlayacağam. Onu çamodana qoyub dünya səyahətinə gedəcəyəm. Polda həmişə qəribə yumor hissi var idi. Əminəm ki, o, bununla məndə həvəs yaratdı – o bilirdi ki, bu halda mən geri çəkilməyəcəyəm”, - deyə qadın müsahibəsində qeyd edib.

Dul qadın artıq Bukenqem sarayını, Nyu-Yorku, Şotlandiyanı və İrlandiyanı gəzib-dolaşıb. Bir müddət sonra Mişel "həyat yoldaşını” Honkonqa aparmağı planlaşdırır.


XƏBƏR LENTİ