01:14 Bazar Günü, 08 Dekabr 2019
SAĞLAMLIQ

Xərçəngdən ölümün qarşısını alacaq yeni metod tapıldı - Alimlər açıqladı

22:25, 16.08.20196651
Xərçəngdən ölümün qarşısını alacaq yeni metod tapıldı - Alimlər açıqladı
Bir sıra xərçəng şişlərinin artması, böyüməsi və xəstənin ölümünə səbəb olmasının qarşısını alacaq üsul barədə Amerikanın Texas Universitetinin alimləri yeni araşdırmalarının nəticələrindən sonra açıqlama veriblər.
 
AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, laboratoriya siçanları üzərində aparılan təcrübədə onlarda ağciyər xərçəngi yaradılmış, daha sonra ketogen - yüksək yağ və orta zülal tərkibli dieta ilə qidalandırılıblar. 

Heyvanlara eləcə də qanda qlükozanı salan preparatlar yeridilib. Nəticələr göstərib ki, bu metod kasrinomanın böyüməsinin qarşısını alıb, şişin ölçüsünü kiçildib. 

Bundan sonra alimlər 192 ağciyər və qida borusu xərçəngi olan xəstədə qanda qlükozanın miqdarını zamanla ölçüb dəyərləndiriliblər.

Belə ki, qanda qlükoza yüksək olan xəstələrdə şiş hüceyrələri böyüyürdü. 
 
Alimlər belə qənaətə gəlib ki, qanda qlükozaya ciddi nəzarət və onun endirilməsi bədxassəli şişləri çoxalması, böyüməsinin qarşısını alır. Bu metodla xərçəngi xroniki xəstəliyə çevirib, ömrü bir xeyli uzatmaq olar.
XƏBƏR LENTİ