22:02 çərşənbə, 21 Avqust 2019
DÜNYA

Xəsarət alanların sayı 48-ə çatdı - Atambayev müraciət etdi

10:56, 08.08.20193205
Xəsarət alanların sayı 48-ə çatdı - Atambayev müraciət etdi
Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını "özbaşınalıqları dayandırmağa” çağırıb.

Eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

"...Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, bespredeldir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”,-keçmiş prezident bildirib.

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.
 
///"Azadlıq” radiosu
XƏBƏR LENTİ