09:23 Cümə Axşamı, 26 Aprel 2018
MƏDƏNİYYƏT

Xəstəliklə mübarizə aparan Musa Yaqub: “Ölümdən qorxmuram”

10:27, 11.04.20182394
Xəstəliklə mübarizə aparan Musa Yaqub: “Ölümdən qorxmuram”
Bir müddət öncə səhhəti pisləşən tanınmış şair Musa Yaqub İsmayıllının Buynuz kəndindəki evində müalicə olunur.
 
AZXEBER.COM xəbər verir ki, yenicag.az-a açıqlama verən şair səhhətində nisbətən irəliləyiş olduğunu bildirib:

"Vəziyyətim çox ağır idi, indi-indi özümə gəlirəm. Yeriyə bilmirəm, ayaqlarım tutulur, güclə nəfəs alıram. Amma bir ay əvvələ baxanda, yaxşıyam. Bəlkə də insanların duası mənə kömək oldu. Mən onda bildim ki, məni nə qədər istəyən insanlar var. Bütün Azərbaycandan mənə zənglər oldu, hamısı dedi ki, gələk səni öz pulumuzla İrana, Türkiyəyə aparaq müalicə etdirək, razı olmadım. Allahın yazdığı bir ömür qisməti var, ölümdən qorxmuram. Allah mənə görə qanunları dəyişəsi deyil ki, vaxtım tamam olanda mən də gedəcəm".
0
XƏBƏR LENTİ