11:31 çərşənbə, 24 Iyul 2019
SAĞLAMLIQ

Xəstənin ailəsi: “Bütün xərclər “Baku Medical Plaza” tərəfindən qarşılanır və hər şeydən razıyıq”

16:40, 03.05.20192609
Xəstənin ailəsi: “Bütün xərclər “Baku Medical Plaza” tərəfindən qarşılanır və hər şeydən razıyıq”
Son günlər bir çox kütləvi informasiya vasitələrində Baku Medical Plaza klinikasında klinikasında müalicə olunan Şirəliyeva Lətafət haqqında xəbərlər yayılıb.
 
AZXEBER.COM xəbər verir ki,hal-hazırda klinikada müalicə olunan  xəstə Lətafət Şirəliyevanın həyat yoldaşı Şirəliyev Baba, anası Əliyeva Bahargül və atası Əliyev Xanoğlan Teymur oğlu kütləvi informasiya vasitələrinə müraciət edir.
 
Müraciətdə deyilir:
 
"Əzizimiz Lətafət Şirəliyevanın sağlamlıq durumu və müalicəsi ilə bağlı son vaxtlar bizə istinad edilərək BMP klinikasının ünvanına kəskin tənqid və böhtan xarakterli məqalələrin dərc edilməsi ilə əlaqədar bəyanat veririk ki, bu məlumatların heç biri həqiqətə uyğun deyil, yalandır.
 
Əsası olmayan belə məlumatların yayılmasına son qoyulmasını tələb edirik Lətafət Şirəliyevanın müalicəsi ilə əlaqədar BMP klinikasında görülən tədbirlərlə bağlı onun tibbi personalından və rəhbərliyindən çox razıyıq və çəkdikləri əziyyətin müsbət nəticəsini Allahdan arzu edirik.
Hər hansı bir maddi yardıma ehtiyacımız yoxdur, müalicə üçün guya 37 min manat ödəməyimizlə bağlı saytlarda və müğənni Elnarə Xəlilovanın komentariyasında yazılanlar tam yalandır, əsassızdır. Göstərilən tibbi xidmətlərin xərci klinika tərəfindən qarşılanır.
 
Çox xahiş edirik ailəmiz üçün hazırda yaşadığımız çətin durumda ailəmizə və əzizimizin müalicəsində ziyyət çəkən tibbi personala mənəvi iztirab verəcək istənilən məqalələrin yazılmasına son qoyun".
 

XƏBƏR LENTİ