BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Xəstəxanaya uşaqları atan baba və nənə imiş - TƏFƏRRÜAT

Xəstəxanaya uşaqları atan baba və nənə imiş - TƏFƏRRÜAT
SOSİAL
16:52 23.07.2019
2779
Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. 

O bildirib ki, iyulun 22-də axşam saatlarında yaşlı kişi və qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki azyaşlı uşaq gətiriblər:

"Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar və yazıqları gəldiyinə görə xəstəxanaya gətiriblər. Həkim də bildirib ki, məsələni rəhbərliyə məruzə etməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda görüb ki, həmin şəxslər uşaqları xəstəxanada ataraq gediblər".    
P.Abubəkirovun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən yaşlı kişi və qadının onların ana babası və nənəsi olduğu məlum olub:

"Ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə onları tapdıqlarını deyiblər". 

Nazirlik rəsmisi vurğulayıb ki, dərhal aidiyyəti üzrə məlumat verilib, uşaqlar üçün ayrıca palata ayrılaraq müayinə ediliblər və səhhətlərində hər şey qaydasındadır.

O əlavə edib ki, araşdırmalardan sonra uşaqların atası tapılıb: "Ata deyib ki, uşaqlarıma sahib çıxıram. Hazırda sənədləşmə işləri gedir və çox güman ki, onlar atalarına təhvil veriləcək”.

Qeyd edək ki, hadisə ötən gün axşam saat 21:00 radələrində baş verib. Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:51 28.03.2020

“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı

18:48 28.03.2020

“Evləndikdən sonra da ata-bala kimi yaşadıq”

18:26 28.03.2020

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidir?

18:02 28.03.2020

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

17:48 28.03.2020

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

17:29 28.03.2020

Bakıda 54 yaşlı kişi bıçaqlandı

17:17 28.03.2020

YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər -VİDEO

17:08 28.03.2020

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” – Zahid Orucun yazısı

16:51 28.03.2020

Prezident: "Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

16:44 28.03.2020

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

16:23 28.03.2020

Rusiyada daha bir nəfər koronavirusdan öldü

16:06 28.03.2020

Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır - FOTOLAR

16:03 28.03.2020

Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı

15:49 28.03.2020

İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib - FOTOLAR

15:43 28.03.2020

Bakıda 6 yaşlı uşaq xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA

15:07 28.03.2020

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif etdi