04:12 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

Xətai sakinləri uşaqları ilə aksiya keçirdilər:"Məmurlar həyətimizi milyonçu sahibkara satıb" (VİDEO)

15:19, 17.08.20173805
Xətai sakinləri uşaqları ilə aksiya keçirdilər:
Xətai rayonunda yaşayan bir qrup sakin uşaqları ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçiriblər. 
 
AZXEBER.COM xəbər verir ki, aksiyaya səbəb Xətai rayonunda dörd binanın həyətində adı məlum olmayan şirkət tərəfindən 15 mərtəbəli binanın tikintisinə başlanılmasıdır. Sakinlər deyir ki, Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyəti tikintiyə icazə verib. Amma sakinlərə heç bir rəsmi sərəncam göstərilməyib. Şikayətçilər deyir ki, tikiləcək bina uşaqlarının yeganə oyun meydançasını əllərindən alacaq.
 
Sakinlərin sözlərinə görə, binaların həyətində tikinti aparan şirkətin adı məlum olmasa da, rəhbər kimi Həsən adlı şəxsi tanıdıqlarını deyiblər:
 
"Həsən adlı şəxs dəfələrlə bizim şikayət etməyimizi eşidib bina sakinlərindən bir neçəsini təhdid edib. O daha çox haqq səsini çıxardan sakinlərə deyib ki, heç kim ona maneə ola bilməz. Pulunu lazımi adamlara çatdırıb və tikinti işini davam etdirəcək". 
 
Bundan başqa dəfələrlə PPX maşınlarından düşən polislər sakinlərdən bir neçəsinə yaxınlaşaraq onları polis bölməsinə aparıblar. Xətai Rayon Polis bölməsinə müraciət etdikdə isə heç bir rəsmi polisin həmin əraziyə göndərilmədiyi məlum olub:

"DİN-ə, Bakı Şəhər Baş Polis idarəsinə müraciət etmişdik ki, həyətimizdə gəzişən və sakinlərdən bir neçəsinə bölməyə aparan bu polislərin kimliyini öyrənək. Bu qrumların hamısı bir ağızdan bizə həmin əraziyə polis göndərilmədiyini deyiblər". 
 
Etiraz edən sakinlər Bakı şəhər İcra Hakimiyyətində qəbul otağnın rəisi Tahir Məsimovun qəbulunda olduqlarını və T.Mənsimovun işi araşdıracağına söz verdiyini bildiriblər:
 
"Tahir Məsimov tikinti şirkətinə rəsmi icazə vermədiklərini desələr də bu real deyil. Çünki tikinti şirkətinə icazə bir formada verilib. T.Məsimov bizə dedi ki, tikinti şirkətinin rəhbərliyi sizə yaxınlaşacaq və siz razı olmasanız orada tikinti aparılmayacaq. Ancaq bu cür vədlər bizə çox verilsə də, sonda sahibkar tikinti işini davam etdirib". 
 
Əldə edilən məlumatlara görə isə, ərazidə tikinti aparan şirkət rəhbəri birbaşa Xətai Rayon İcra Başçısı Razim Məmmədovun yaxın çevrəsindəndir. Elə buna görə də, Razim Məmmədovun birbaşa razılığı ilə tikinti işinə başlanılıb və icra başçısı ərazinin istifadəsini qeyri-qanuni yolla adı məlum olmayan şirkətə verib. 
 
Sakinlər isə sona kimi mübarizə aparacaqlarını və uşaqların yeganə oyun məkanı olan həyətlərini adı gizli saxlanılan sahibkardan qoruyacaqlarını deyiblər. 
 
Videonu Hazırladı: Nurlan Gülməmmədov
AZXEBER.COM
 


XƏBƏR LENTİ