Razim Məmmədov prokurorluğa adı gedən “jek” müdirini niyə müdafiə edir? – Xətaidə milyonluq maxinasiyanın üstü açılır

13 İyul 2017, 16:45
AAA

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ağac kəsən daha bir məmurla bağlı baş prokurorluğa məlumat göndərilib.

Məlumata görə Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində kəsildiyi qeyd edilib.

Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.

Nazirlik qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib


Bu məlumatdan dərhal sonra Xətai rayon icra hakimiyyətinin http://khatai-ih.gov.azsaytında "Xətai rayonunda ağac kəsimində məmurun iştirakı olmayıb” başlıqlı xəbər dərc edilib. Xəbərdə nazirlik və nazirliyin əməkdaşlarının araşdırması təkzib edilir. Hətda maraqlı olan məqam icra hakimiyyətinin "jek" müdirinin müdafiəsinə qalxaraq İlyas Cabbarov adlı vətəndaşı qabağa verməsidir.


Xəbərdə yazılır:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatda Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda ağac kəsimi ilə əlaqədar yaydığı bəyanata cavab olaraq Xətai rayonu, 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İsmi Ağayev bildirmişdir ki, MKİS-in rəisi Zahid Bədəlov 07.07.2017-ci il tarixdən səhhəti ilə bağlı işə çıxmır. Eləcə də məlumat vermişdir ki, Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda yaşayan İlyas Cabbarov istifadəsində olan torpaq sahəsində 3 ədəd nar kolu kəsmişdir. Bunu öz həyətyanı sahəsində bostan məhsulları yetişdirmək məqsədilə etmişdir. Göstərilən ünvan 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşir. Lakin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlovun və işçilərinin göstərilən kolların ləğv edilməsində heç bir iştirakı olmamışdır”

Xətaidə ağac soyqırımını kim sifariş verir?

AZXEBER.COM olaraq icra hakimiyyətinin belə əl-ayağa düşməsinin səbəbini araşdırmaq üçün internetdə kiçik bir araşdırma apardıq.

Araşdırmamız nəticəsində bu hadisənin Xətai rayonunda ilk dəfə təkrarlanmadığını, əksinə bu rayondan gələn şikayətlərin böyük əksəriyyətinin ağacların kəsilməsi ilə bağlı olduğunu gördük. Xəbərlərdə bu cür işlərin birbaşa icra başçısı Razim Məmmədovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib.

Məlumata görə, Rasim Məmmədovun birbaşa tapşırığı ilə Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində, Vunq-Tau prospektində, Neapol dairəsi yaxınlığında, Telnov küçəsi, rayonun Xudu Məmmədov küçəsində hər kəsin gözü önündə ağacların kəsildiyi, yerlərinin isə milyonlar qarşılığnda iş adamlarına satıldığı qeyd edilib. Ağaclardan təmizlənən ərazinin bir hissəsində isə obyektlər və binalar tikilir. 

Məlumatlı mənbənin sözlərinə görə, icra hakimiyyətlərinin mətbuatda yayılan bu xəbərlərə deyil, məhz "iki nar” ağacının kəsilməsinə sərt reaksiya verməsinin əsasverici səbəbi varmış. Belə ki, bu şikayətlərlə bağlı artıq Prezident Aparatında (PA) Razim Məmmədovla bağlı ciddi narazılıq müşahidə olunur. Artıq məsələ ilə bağlı ölkə başçısına da məruzə edilib. Çıxılmaz vəziyyətdə qalan icra hakimiyyəti "jek” müdirini qorumaq üçün Ekologiya Nazirliyinin araşdırmasını şüphə altına almaqdan belə çəkinməyib. Bundan başqa, Zahid Bədəlovun icra başçısının etibarlı və yaxın adamı olduğu da bilinir. 

R.Məmmədovun bu cür açıqlama verilməsinin bir digər səbəbi isə Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin özbaşına Hacı Cavad məscidini sökməsindən sonra ölkədə "məmur ovu”nun başladığı bir ərəfənin yaşanmasıdır.

Məlumatda Xətaidə müntəzəm yaşanan "yaşıl soyqırım"lar 2018-ci il prezident seçkilərinə kimi Razim Məmmədovun vəzifədən uzaqlaşdırılması üçün ciddi səbəb olduğu bildirlir. 



Oxunma sayı : 7736

SON XƏBƏRLƏR
Məşhur futbolçuya 9 il həbs verildi - 23 Noyabr 2017, 23:25
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var - 23 Noyabr 2017, 22:40
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO - 23 Noyabr 2017, 22:10
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər - 23 Noyabr 2017, 21:53
Bakıda İran vətəndaşı döyüldü - 23 Noyabr 2017, 21:39
Bakıda qadınlar arasında dava - 23 Noyabr 2017, 21:10
İŞİD öz üzvlərinin başını kəsdi - 23 Noyabr 2017, 20:56
Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb - 23 Noyabr 2017, 20:35
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü - 23 Noyabr 2017, 20:12
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb - 23 Noyabr 2017, 19:37
ABŞ-da yaşayan azərbaycanlı cüdoçu çempion oldu - 23 Noyabr 2017, 18:40
Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib - 23 Noyabr 2017, 18:27
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - 23 Noyabr 2017, 18:25
Azərbaycanda məmur ürəktutmadan öldü - 23 Noyabr 2017, 18:21
Əkizlərdən Röyaya zərbə: "Nigara Camala səs verin" - 23 Noyabr 2017, 18:03
"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb - 23 Noyabr 2017, 17:48
Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO - 23 Noyabr 2017, 17:23
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq - 23 Noyabr 2017, 12:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10