11:08 Cümə, 22 Iyun 2018
MƏDƏNİYYƏT

Xəyal Rzaya ağır itki

10:43, 11.01.2018887
Xəyal Rzaya ağır itki
Şairə Tamaşa Xəyali vəfat edib.
 
 
Azərbaycan Yazıçıları Birliyindən APA-ya verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib. Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.

T. Xəyali 1954-cü ildə anadan olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, "Bu dünyada nələr gördüm”, "Qara Yanvar şikəstəsi”, Ölməzliyə gedən yol” və s. kitabların müəllifidir.

Qeyd edək ki, T. Xəyali Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın anasıdır.
XƏBƏR LENTİ