23:09 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

“Xəyanəti bağışlamayacağıq” - General

11:35, 12.09.20184566
“Xəyanəti bağışlamayacağıq” - General
"Xəyanət və rüşvət almaq bağışlanmayacaq".

AZXEBER.COM xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Səfər Mehdiyev korrupsiya ilə bağlı da qəti mövqe sərgilədiklərini bildirib.

Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət  işi açılıb: "Komitənin daxili istintaq idarəsində  keçirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb.  9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu  vəzifədən azad olunub".
XƏBƏR LENTİ