13:55 Bazar Günü, 23 Sentyabr 2018
MEDİA

“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş

16:37, 13.03.20182411
“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş
Lənkəranda polis tərəfindən saxlanılan "Xəzər" televiziyasının Cənub bölgə müxbiri Ələkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edən jurnalist bu gün günorta saatlarında buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.
XƏBƏR LENTİ