02:03 çərşənbə Axşamı, 21 Avqust 2018
SİYASƏT

XİN-dən ABŞ-da azərbaycanlıların həbsi barədə AÇIQLAMA

13:14, 07.08.20183751
XİN-dən ABŞ-da azərbaycanlıların həbsi barədə AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da azərbaycanlıların həbsini şərh edib.

Aralarında dörd Azərbaycan vətəndaşının da olduğu cinayətkar qrup dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunub. 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev deyib ki, ABŞ-da dörd azərbaycanlının həbsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə heç bir rəsmi məlumat daxil olmayıb. 

Qeyd edək ki, araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. Saxlanılan şəxsləri dələduzluq maddəsi ilə 20, çirkli pulların yuyulması maddəsi ilə isə 30 ilə qədər həbs cəzası gözləyir. 

İstintaqdan verilən məlumata görə, qruplaşma üzvləri mövcud olmayan avtomobillərin satışı barədə yalançı reklam elanlarının yaradılmasında iştirak edib. Dələduzlar qanunsuz hərəkətləri ilə 4,5 milyon dollar qazana biliblər. Qruplaşmada Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya və ABŞ vətəndaşları da olub. 

ABŞ-dakı vəziyyət xüsusi nəzarət altındadır.

XƏBƏR LENTİ