XİN Şuşanın işğalının ildönümü ilə əlaqədar - Bəyanat

08 May 2017, 12:29
AAA

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb. 

XİN-in mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan bəyanatda deyilir:

"Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

Ermənistan beynəlxalq hüququn ali prinsipi olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini güc tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır. Ermənistanın Azərbaycanda yaşayan ermənilərin vəziyyətinin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışmasının BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi etnik təmizləmə nəticəsində didərgin düşmüş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin sayı 80 mindən artıq olan azərbaycanlı əhalisi, o cümlədən Şuşa şəhərinin 33 mindən artıq sakininin Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur.

25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. 

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natəvanın evi və sair digər abidələr vardır.

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa imtina edir, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərinə əməl edərək Azərbaycan ərazilərinin işğalına son qoyulması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, danışıqlarda konstruktiv addımların atılması üçün Ermənistanın sülhə məcbur edilməsinə və ona ciddi siyasi-diplomatik təzyiqlərin göstərilməsinə çağırır.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.



Oxunma sayı : 152

Loading...
SON XƏBƏRLƏR
Rusiyanın ən seksual qadını odur - fotolar - 26 İyul 2017, 23:38
Salyan rayonunda minik avtomobili aşıb, sürücü xəsarət alıb - 26 İyul 2017, 22:34
Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildi - 26 İyul 2017, 21:25
DYP kütləvi reydlərə başladı: "AA" da saxlanıldı - FOTO - 26 İyul 2017, 19:22
Prezidentdən icra başçısıyla bağlı - Sərəncam - 26 İyul 2017, 18:27
Tanınmış vəkilin cəzası 1 il azaldıldı - 26 İyul 2017, 18:00
Lapşin İsrailə təhvil verilməsi üçün müraciət edib - 26 İyul 2017, 17:57
Fatih Terim istefa verdi - 26 İyul 2017, 17:44
Dolların sabaha olan məzənnəsi açıqlanıb - 26 İyul 2017, 17:27
Azərbaycana İŞİD xəbərdarlığı - 26 İyul 2017, 16:56
“Panatinaikos” - “Qəbələ” matçı canlı yayımlanacaq - 26 İyul 2017, 16:55
Yetim Eyvazın oğlu danışdı: "Ona başa salarlar, cinsi azlıq necə olur" - 26 İyul 2017, 16:23
Xızı sakini ağac kəsintisinə görə cərimələnib - 26 İyul 2017, 16:14
“WhatsApp”da blokdan çıxmağın yeni üsulu - 26 İyul 2017, 16:05
Saçı qırxılan və intihara cəhd edən gəlindən açıqlama: "Məni elə hala salıblar ki, hamıdan utanım" - 26 İyul 2017, 15:41
Azərbaycanda ətin də qiyməti bahalaşdı - 26 İyul 2017, 15:25
Yetim Eyvazın oğlu haqda şok ittiham: Atası da məhz bu səbəbdən onu... - 26 İyul 2017, 15:22
Akif Çovdarovun məhkəməsində "Vosmoy" bazarı epizodu üzrə sənədlər elan olunub - 26 İyul 2017, 15:19
Tanınmış iş adamı ilə “Bank Standard”ın sədrinin milyonluq cinayətləri üzə çıxdı - RƏSMİ - 26 İyul 2017, 15:06
Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb - 26 İyul 2017, 15:00
"Müstəqil Azərbaycanın müstəqil gənci olduğum üçün fəxr edirəm" - 26 İyul 2017, 14:50
Bakıda 13 və 14 yaşlı iki qardaş itkin düşüb - 26 İyul 2017, 14:29
Hacı İbrahim Nehrəmli müflis elan olundu - Nazirlikdən qərar - 26 İyul 2017, 14:14
Azərbaycandakı bir sıra dövlət qurumlarında ciddi yeyintilər aşkarlandı - Milyonları büdcədən kim oğurlayır? - 26 İyul 2017, 13:50
Xarici İşlər və Müdafiə nazirlikləri birgə bəyanat yayıb - 26 İyul 2017, 13:49
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayıb - 26 İyul 2017, 13:45
Mikayıl Cabbarova ağır ittihamlar: "Direktorlar deyir ki, get imtahan ver, sonra rüşvətlə səni işə qəbul edək" - 26 İyul 2017, 13:21
Sumqayıtda oğruluq edən oğrunun başına görün nə gəldi - VİDEO - 26 İyul 2017, 13:18
Külək davam edəcək, bəzi yerlərdə güclənəcək - 26 İyul 2017, 12:56
Jurnalist olmaq istəyən abituriyentlərin - Nəzərinə - 26 İyul 2017, 12:54
Qayınatasının Röyaya hədiyyə etdiyi milyonluq bağ evi müsadirə olundu - FOTOLAR - 26 İyul 2017, 12:53
Daşqın Şikarov Etihad-ın Azərbaycana uçuşlarının təşkili ilə bağlı görüş keçirib - 26 İyul 2017, 12:35
Ölkədən qaçan Elnur Nağızadə Məleykə Abbaszadə haqda dəhşətli faktlar açıqlayacaq: "Pulu tək yeməmişəm" - 26 İyul 2017, 12:28
NIKOIL | Bank manatla yeni kredit məhsullarını təqdim etdi - 26 İyul 2017, 12:15
Röyanın qayınatası, “Çudo Peçka”nın sahibi həbs olundu - 26 İyul 2017, 12:05
Prokuror nazirin qardaşına qarşı dələduzluq edən şəxsə cəza istəyib - 26 İyul 2017, 12:01
İcra başçıları xanım müavinlərlə niyə vidalaşır? - 26 İyul 2017, 11:36
İtkin düşən neftçalalı abituriyent tapılıb - 26 İyul 2017, 11:16
Ayan: "Hər gün efirdə olmaq gündəmdə qalmaq deyil"- FOTO - 26 İyul 2017, 11:01
Atəşkəs rejimi 128 dəfə pozulub - 26 İyul 2017, 10:30
Şəmkirdə ananın özünü iki övladı ilə qatarın altına atmasının səbəbləri məlum olub - 26 İyul 2017, 09:55
Qızıl 6 dollar ucuzlaşıb - 26 İyul 2017, 09:31
Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib - 26 İyul 2017, 09:10
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib - 25 İyul 2017, 18:01
Hacıqabulda qanlı insident: qonşusunu güllələndi - 25 İyul 2017, 17:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10