22:20 Cümə Axşamı, 25 Aprel 2019
SOSİAL

Xırdalanda dəhşət - 6 yaşlı qız anasının sevgilisi tərəfindən öldürüldü

12:35, 01.08.20165695
Xırdalanda dəhşət -  6 yaşlı qız anasının sevgilisi tərəfindən öldürüldü
Azərbaycanda dəhşətli qətl törədilib.
AZXEBER.COM bildirir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
XƏBƏR LENTİ