05:42 Bazar Ertəsi, 19 Noyabr 2018
KRİMİNAL

Xırdalanda yanacaqdoldurma məntəqəsində QANLI HADİSƏ

10:42, 28.10.20186258
Xırdalanda yanacaqdoldurma məntəqəsində QANLI HADİSƏ
Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şamaxı rayonunun Şərədil kənd sakini olan 1998-ci il təvəllüdlü Mikayılov Elməddin İdris oğlu "Tosoil” yanacaqdoldurma məntəqəsinin yanında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 20 yaşlı oğlanı bıçaqlayaraq "İPhone 6” markalı telefonunu alıb.

Quldurluq edən şəxs qaçıb. E.Mikayılov isə xəstəxanaya yerləşdirilib. Zərərçəkən bildirib ki, ona hücum edən şəxsi üzdən tanıyır və adı Məhəmməddir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
///Publika.az
XƏBƏR LENTİ