06:44 Cümə, 15 Dekabr 2017
Maqazin

Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın"

17:44, 23.09.20172462
Xoşqədəm vəfat edən qardaşı haqda:

Aparıcı Xoşqədəm Hidayətqızı dünyasını dəyişən qardaşını xatırlayıb. 

O, 1990-cı ildə çəkilən fotosunu paylaşaraq bunları yazıb:

"1990-cı il, Sankt-Peterburq... Rəhmətə gedən qardaşım İlyas ali məktəbə qəbul olunduğum üçün məni yanına aparmışdı. Qəbul olunduğuma görə sevinirdi. Bir həftə bütün şəhəri gəzdirdi, mənə istədiklərimi aldı. Zəhməti ilə Rusiyada iki ali məktəbi bitirən, yüksək vəzifələrdə çalışan, talehsiz qardaşım. 

Sən bizim arxa-dayağımız, qürur yerimiz, atamız olmusan. Kaş bu gün həyatda olardın. Bəlkə də indi həyatımızda hər şey fərqli idi. Yaraşıqlı qardaşım, dünən gecə səni yuxuda gördüm. Bu gün səninlə birlikdə çəkdirdiyimiz fotolara baxaraq səni yad etdim. Allah sənə rəhmət eləsin, qardaşım".

///Axşam.az
0
XƏBƏR LENTİ