21:44 şənbə, 24 Fevral 2018
DÜNYA

""Ya mənimlə ol, ya məni öldür" deyirdi" - Taksi sürücüsünü qətlə yetirən tələbə qız

12:19, 01.05.201721048
İstanbulun Sarıyer rayonunda taksi sürücüsü Hıdır Doğanı (48) bıçaqla öldürdüyü üçün mühakimə olunan tələbə Semra Ç.-ya (23) 18 ilə qədər həbs istəyiylə iddia açılıb.

İki ildir təqib etdiyi, bütün məlumatlarını ələ keçirdiyi və zorla əlaqəyə girdiyi qızdan əl çəkməyən Hıdır Doğanın cinayətdən əvvəl Semra Ç.-ya onu öldürmək üçün məktub yazdığı ortaya çıxıb.

Məhkəmədə cinayəti bütün detallarıyla izah edən tələbə qız "Məni sevgili olmağa məcbur etdi. Ya mən, ya sən öləcəksən. Bu gecə mənim olacaqsan. Sabah da nikaha girəcəyik. Yoxsa avtomobildə silahla məni öldür" dedi. Qeyd dəftərinə də "Mən özüm ölmək istədim. Səmraya silahı özüm verdim" sözlərini yazıb. Avtomobildə silah yox idi. Yanına qoyduğu silahla "Silah yoxdursa, məni bununla öldür" dedi. Mən də bıçağı ürəyinə və kürəyindən sancdım. Sükan arxasına keçdim və benzin bitənə qədər onu avtomobildə gəzdirdim. Səhər təslim oldum" deyib.

Hadisədən sonra təslim olan şübhəli haqqında 18 ilə qədər həbs istəyiylə iddia açılıb. Semra məhkməsində Doğanın onu rahat buraxmadığı üçün bir neçə ev dəyişdirdiyini, ancaq taksi sürücüsünün hər dəfə onu tapdığını və ölənə qədər əl çəkməyəcəyini söylədiyini qeyd edib. Tələbə məhkum "Öldüyümdə səni və məni eyni məzara qoysunlar" deyə sosial şəbəkə hesabında bu sözləri yazmışdı" deyib.

Taksi sürücüsünün iki dəfə onunla zorla əlaqəyə girdiyini, bir gün yenidən birlikdə olmaq üçün evinə gəldiyində "Yetər artıq" deyib eyvana çıxaraq özünü atıb intihar edəcəyini də ifadəsində bildirib. 

Məhkəmə təxirə salınıb.
///Milli.Az 
0
XƏBƏR LENTİ