“Ya Qarabağ, ya ölüm” - VİDEO

MAQAZİN
00:37 02.10.2020
1320

"Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

Xocalı faciəsi ilə həmyaşıd olan bu ifadəni ilk dəfə böyük Türk aşığı Ozan Arifin yanıqlı sazından - səsindən eşitdik. Qardaş millətinin ağlasığmaz faciəsindən ürəyi parça-parça olan bir türkün səsi idi bu. Çox keçmədi bu səsə ölkəmizin rep tarixində əvəzsiz rolu olan "Dəyirman” da qoşuldu.

Bax, o zaman "Ya Qarabağ, ya ölüm” Azərbaycanın nəinki fəryadını, eyni zamanda, haqq sözünü də, döyüş əzmini də göylərə ucaltdı. 30 ilə yaxın bir vaxt ötdü, yaralarımız bağlanmadı və bu mahnı da dilimizdən düşmədi. Bu gün isə Qarabağımızın alınması uğrunda yenidən səfərbər olduğumuz bir zamanda "Ya Qarabağ, ya ölüm” yeni nəfəslərlə canlandı.

Xalq artisti Miri Yusif bu dəfə dahi xanəndə Alim Qasımov və böyük sənətkar Natiq Şirinovun rəhbəri olduğu "Natiq” ritm qrupu ilə birlikdə "Ya Qarabağ, ya ölüm” dedi. Bəli, bu dəfə mahnıda musiqimizin baştacı, sənətimizi bütün dünyada tanıtdıran muğam da var, ürəyimizin səsi ilə eyni ritmdə vuran nağara səsi də.

Mahnının ana mətnini Miri Yusif tək səsləndirsə də, onun ifasına hər bir Azərbaycan, hər bir Türk övladının qəlbinin səsi qoşulub. Bu səs Şərqin səsi, Türkün səsi, Peyğəmbərin öydüyü nəcib irqin səsidir. Qoy, Dünya səsimizi eşitsin artıq! Qoy bu dəfə "Ya Qarabağ, ya ölüm” mahnısının sədaları şanlı qələbəmizin rəmzi kimi Qarabağımızdan yayılsın.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi