14:29 Cümə Axşamı, 16 Avqust 2018
KÖŞƏ

Yanğında bizim günahımız

20:02, 23.05.20152288
Yanğında bizim günahımız
Vüsal MəmmədovBiz cəmiyyət olaraq hər şeyi dövlətin üstünə atmağa öyrəncəliyik. Sanki hələ toplum olaraq balaca uşağıq, hər şeyi dövlət-ata bizim üçün etməlidir. Az qalırıq bunu da deyək ki, yatanda da üstümüzü dövlət örtsün.Harada bir nadürüst, yaramaz adam çıxırsa, dövləti günahlandırırıq: Niyə filankəs şirkət yaradıb? Niyə filankəs vəzifəyə qoyulub? Dövlət hara baxır?!Dövlət başqa planetdən humanoidlər gətirib qoyub bəyəm vəzifəyə, yaxud şirkətlərin başına? O biznesmenləri və məmurları biz cəmiyyət olaraq özümüz yetirməmişik ki?Bina üzlüyünə lazım olan kimyəvi maddəni qatmayan şirkətin rəhbərini, o firmanın bunu etməyən işçilərini dövlət süni yolla labaratoriyada yaradıb, sonra bizim aramıza ötürüb bəyəm?Axı onlar da bu cəmiyyətdə yetişiblər, hansısa ata-ana onlara tərbiyə verib, ətraflarına baxıb, görüb-görütüb o cür olublar.Onların da bacı-qardaşları, uşaqları, dostları var. Yəni onlar da bizim – bu cəmiyyətin həm üzvü, həm də məhsuludurlar. Bu bədheybətləri biz yetişdirmişik – yəni mən, sən, bu yazını oxuyan və oxumayan hər bir azərbaycanlı.Bircə dəfə hansısa ana övladına deyibmi ki, “mənim balam, əgər başqasının çörəyinə, həyatına bais olmaqla pul qazanacaqsansa, südümü sənə haram edərəm?”Hansısa oğul deyibmi ki, “Ata, sən haram pul qazanma, eybi yox, mən ucuz maşın sürsəm də, canım çıxmaz”.Hansısa arvad ərinə deyibmi ki, “Mən qızıl taxmasam da olar, təki kiminsə balası həlak olmasın?”Bunu düşünməyə qadir deyiliksə, inciməyin, biz hələ də adamyeyən cəmiyyətik.Götürək həmin o “Global Stone” şikətinin rəhbəri Miryusif Mahmudovu. Və yaxud onun qədər, ondan bir az artıq - bir az əskik günahı olanları. Kimsə onlardan üz döndərəcəkmi, kimsə deyəcəkmi ki, “sən tamahına görə bu qədər insanın həyatına bais olmusan, daha sənə salam vermək də düzgün deyil!”İndi danışanda hamı deyir ki, “binanın yanacağını əvvəlcədən bilirdik”. Yaxşı, bilib, nə elədiniz?Kimsə səsini çıxartdımı?! “Siyasi məhbus” kimi olmayan mövzuları gündəmə gətirib, dövlətin adını qaralamağa çalışanlar niyə vaxtında bircə dəfə də olsun, “Binlara tez alışan materiallardan üzlük çəkilməsinə son” deyə etiraz etmədilər? Niyə bir aksiya keçirilmədi vaxtında, ay hər şeyi bilənlər? Polisdənmi qorxdunuz? Niyə erməniyə işləyənlərə azadlıq istəmək üçün küçəyə çıxanda qorxmurdunuz, amma öz vətəndaşlarımızın həyatının təhlükədə olduğunu bilə-bilə heç kim yerindən də tərpənmədi? Buna qrant verilmirdi, eləmi? Yoxsa bina yananda hökuməti daha çox pisləmək olacaqdı, ona görəmi?
XƏBƏR LENTİ