YAP-çı deputat: "Astan Şahverdiyevin bəyanatını parlamentin heç bir üzvü bölüşmür"

09 Avqust 2017, 12:34
AAA

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Teleqraf"ın suallarını cavablandırıb

AZXEBER.COM müsahibəni təqdim edir:

- Dünən ölkə başçısı Milli Məclisin deputatının etik davranış qaydaları haqqında qanuna qəbul etdiyi dəyişikliyin təsdiq edilməsi ilə bağlı sərəncam imzaladı. Bu dəyişikliklər deputatlar qarşısında hansı məsuliyyəti qoyur?

- Hesab edirəm ki, dəyişikliklər Milli Məclis deputatının etik davranış qaydalarını bir qədər də dəqiqləşdirdi. Bu qaydalar əvvəldən vardı, son dövlərdə Azərbaycanda hüquqi dövlət sisteminin möhkəmlənməsi bu sahənin də təkmilləşməsini vacib edir. Söhbət ondan gedir ki, deputat əgər öz etik davranışı ilə parlamentin adına ləkə gətirərsə, yaxud qanuna zidd hərəkət edərsə, o zaman o, mandatını itirə bilər. İlk növbədə, məsələ onun davranışının həm deputat, həm də parlamentin adına ləkə gətirməsi faktı ilə bağlıdır. Əlbəttə, bu dəyişikliklər deputatların sərbəst danışmaq hüququnu heç də məhdudlaşdırmır. Dünya praktikasında da belədir ki, deputatın hərəkətləri, verdiyi bəyanatlar parlament, dövlət üçün ciddi problem yaradarsa, onun mandatının itirilməsi məsələsi ortaya qoyula bilər.

- Sizcə, Azərbaycan parlamentində bu baxımdan mandatını itirəcək deputatlar varmı?

- Bunu artıq ümumilikdə parlament, yaxud İntizam Komissiyası müəyyənləşdirə bilər. Mən hər bir deputatın fəaliyyətinə hörmətlə yanaşıram və hesab edirəm ki, hər bir deputat öz hazırlığına və düşüncəsinə görə hərəkət edir.

- Həmkarınız Astan Şahverdiyevin son günlər verdiyi bəyanatlara görə mandatının əlindən alınması istiqamətində sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Astan Şahverdiyevin son dövlərdə bəzi bəyanatları birmənalı qarşılanmır. Onun bir neçə gün bundan əvvəl şəhərin mərkəzdə baş verən qəza ilə bağlı verdiyi bəyanatını parlamentin heç bir üzvü bölüşmür. Digər həmkarlarımla söhbətlərim olub, bu cür bəyanat qəbuledilməzdir. Birincisi, məsələ axıradək aydınlaşdırılmalıdır, bundan ötrü hüquq-mühafizə orqanları var. Digər tərəfdən ortada 2 nəfərin ölümü, 2 nəfərin isə ağır vəziyyətdə olması məqamı dayanır. Məsələ tam aydınlaşmamış, ortada böyük faciə yaşandığı halda subyektiv şəkildə kiminsə müdafiəsinə qalxmaq düzgün addım deyildi. Bunu nə səbəbdən etdiyini deyə bilmərəm, amma onun fikirlərini bölüşmürəm. Məsələ böyük rezonans doğurdu, hüquq-mühafizə orqanları obyektiv şəkildə bunu aydınlaşdırdı, bu məsələdə günahkar olan iki nəfər barəsində istintaq müddətində həbs-qətimkan tədbiri seçildi. Göründü ki, hamı qanun qarşısında bərabərdir. Heç bir status, xidmət və ya kiminləsə qohumluq burada rol oynamır. Millət vəkilləri bu cür məsələlərlə bağlı verdikləri bəyanatlarda, ilk növbədə, obyektiv informasiyaya və məlumatların həqiqiliyinə qiymət verməlidirlər. Astan Şahverdiyev isə çox təəssüf ki, tələsərək obyektiv informasiyaya malik olmadan bu məsələyə münasibət bildirdi.

- Yaranmış situasiya fonunda belə sual yaranır: deputat xalqın yanında olmalıdır, yoxsa hansısa məmurun?

 

- Deputat adından da göründüyü kimi, nümayəndə deməkdir - seçicinin nümayəndəsi. Hər birimiz cəmiyyətin bir qrupunun ali hakimiyyətdə nümayəndəsiyik, bir sözlə, xalqın nümayəndəsiyik. Biz həmişə xalqın yanındayıq, xalqın problemləri ilə birlikdəyik. Bizim üçün mənim dairəm, başqasının dairəsi, mənim məşğul olduğum, yaxud mənə aid olmayan məsələ söhbəti yoxdur. Ümumilikdə vətəndaşlarımızın, cəmiyyətimizin, dövlətin problemləri deputatın fəaliyyətində əsas yer tutmalıdır. Bu gün parlamentdə kifayət qədər çox deputat öz fəaliyyətlərini məhz bu prinsiplər üzərində qurublar.

- Son günlər məişət zorakılığı, ağır yol-nəqliyyat hadisəsi, Ermənistan silahlı qüvvələrinin təcavüzü də daxil olmaqla hadisələr bir-birini sürətlə əvəz edir. Bir qrup deputat dincəlir, telefonu belə açmır, bəziləri sosial şəbəkədə aktivdir, hadisələrə operativ reaksiya verir və bəyan edirlər ki, Milli Məclisin növbəti sessiyası başlayan kimi gündəmdəki məsələləri qabardacağıq. Bəs Siz bu gün üçün hansı məsələnin parlamentin payız sessiyasında geniş müzakirəsini vacib sayırsınız?

- Deputat Milli Məclisin sessiyasının başlanmasını, iclasın olmasını gözləməməlidir. Cəmiyyətdə aktual hansı məsələ varsa, bu məsələyə münasibətini bildirməli, yaxud ortaya çıxan müraciətlər üzrə məsələni həll etməyə çalışmalıdır. Bundan ötrü iclası gözləməyə dəyməz. Digər tərəfdənsə, payız sessiyası sentyabrın 30-da başlayacaq, əlbəttə, düşündüyüm və həmin dövrdə daha aktual məsələlər ortaya çıxarsa, həmin məsələləri gündəmə gətirəcəyik.

- Yeri gəlmişkən, əvvəldən öz ailə üzvləri haqda əmin danışan məmurların belə övladlarının harınlığının şahidi olduq. Necə hesab edirsiniz, məmurlar öz ailə üzvləri ilə münasibəti necə qurmalıdır?

- Gənclərimizi məmur övladı və ya adi ailənin övladı kateqoriyalarına bölməməliyik. Gəncliyin hamısı bizimkidir. Bugünki gənclər sabah Azərbaycanın taleyüklü məsələlərini həll edən, dövlətimizin yükünü çiynində çəkəcək dəyərli vətəndaşlarımızdır. Həm dəyərli, həm də problem yaradan gənclərimiz məmur ailəsində də, sadə ailələrdə də olur. Bu baxımdan xüsusi olaraq məmur övladlarının nişangaha götürülməsini istəməzdim. Bu gün dövlət hakimiyyətində yüksək vəzifə tutan və övladları təhsili, davranışı, cəmiyyətdə fəaliyyəti ilə hörmət qazanan on minlərlə gənclərimiz var. Bununla belə heç bir hadisə diqqətdən kənarda qalmamalıdır. Məmur ailəsi isə əlbəttə, cəmiyyətin diqqətində olduğuna görə onların davranışı, fəaliyyəti üzərində məsuliyyət iki qat daha çox olur. Çünki cəmiyyətdən səlahiyyət alırıqsa, onda biz öz ailəmizə nəzarət eməyi bacarmalıyıq. Biz öz övladlarımızı qanunlara hörmət edən, cəmiyyət qarşısında məsuliyyətli olan bir vətəndaş kimi böyütməkdə maraqlı olmalıyıq. Hər bir məmur ilk növbədə bunu fikirləşməlidir. Bununla belə qəti şəkildə qırmızı xətt qoymaq olmaz ki, yaxşılar ancaq bu təbəqədə, pislər o biri təbəqədədir. Yaxşı və pislər hər təbəqədə, qrupda olur. Mən razıyam ki, məmurlar öz övladları üçün məsuliyyəti on qat artırmalıdırlar. Azərbaycan hüquqi dövlət olduğuna görə son hadisələr də göstərdi ki, qanun qarşısında hamı bərabərdir, digər vətəndaşların hüquqlarının qorunmasına böyük hörmətlə yanaşılmalıdır. Heç kəs fikirləşməsin ki, sabah onun övladı qanunu pozarsa, qanunun tələbləri ona şamil olunmayacaq.


Oxunma sayı : 334

SON XƏBƏRLƏR
"Sabah"ın baş redaktoru qalmaqallı "Qarabağ" xəbəri haqda danışdı - ÖZƏL - 21 Oktyabr 2017, 01:53
Səməd Səmədov əməliyyat olundu - 20 Oktyabr 2017, 23:00
Əliyevlə Ərdoğanın D-8 zirvəsindən - Maraqlı fotoları - 20 Oktyabr 2017, 22:24
Bakıda qısa ətəkli qızlara necə baxırlar? - Sorğu - 20 Oktyabr 2017, 21:54
Sadəcə qadınların yaşadığı kənd — Kişilərə giriş qadağandır - FOTO - 20 Oktyabr 2017, 21:08
Vaqif Əsədov: “Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik” - 20 Oktyabr 2017, 20:03
Ermənistan ordusunun hərbi hissəsində partlayış: ölənlər var - 20 Oktyabr 2017, 19:41
Vaqif Sadıqov: “Millilərin son oyunlarından hamı narazıdır” - 20 Oktyabr 2017, 19:09
Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et! - 20 Oktyabr 2017, 17:49
Sükan arxasında söhbət edən sürücülər cərimələnəcək? - RƏSMİ AÇIQLAMA - 20 Oktyabr 2017, 17:38
Azərbaycanda yeni televiziya yaradıldı - 20 Oktyabr 2017, 17:19
Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi - 20 Oktyabr 2017, 16:50
“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev - 20 Oktyabr 2017, 16:45
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - SİYAHI - 20 Oktyabr 2017, 16:41
İş axtaran qız ona edilən təklifdən şok oldu: mesajı paylaşdı - FOTOFAKT - 20 Oktyabr 2017, 16:31
Ayandan cazibədar fotosessiya - dekolte, transparan - 20 Oktyabr 2017, 15:58
Qəbul imtahanlarında maksimum bal 400 olacaq - 20 Oktyabr 2017, 15:46
Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTO - 20 Oktyabr 2017, 15:39
Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi - Qəzetdə elan/ FOTO - 20 Oktyabr 2017, 15:27
Pensiya və maaşlar artacaq - 20 Oktyabr 2017, 15:12
“Nar”-dan yenilənmiş “Günlük” paketləri - 20 Oktyabr 2017, 15:04
“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin” - Qənirə Paşayeva - 20 Oktyabr 2017, 14:56
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - 20 Oktyabr 2017, 14:51
"Azərbaycan Olimpiya Oyunlarından kənarda qala bilər" - Azad Rəhimov - 20 Oktyabr 2017, 14:23
Qobustanda oğlandan 70 yaşlı anasına qarşı rüsvayçı hərəkət: dəfələrlə cinsi əlaqədə oldu... - 20 Oktyabr 2017, 14:10
Samuxda kişi arvadını ölümcül döydü - 20 Oktyabr 2017, 14:01
“Elə bil, lotoreya oynayırlar” - Oqtay Əsədov - 20 Oktyabr 2017, 13:46
"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor - 20 Oktyabr 2017, 13:18
Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - 20 Oktyabr 2017, 13:17
Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU - 20 Oktyabr 2017, 13:10
"Bank Respublika"nın özbaşınalığı tanınmış vəkili hövsələdən çıxartdı: Bankın xidmətlərindən imtina etdi - 20 Oktyabr 2017, 12:53
“Bakıda böyük partlayış olacaq” - Memardan həyəcanlı açıqlama - 20 Oktyabr 2017, 12:38
İranlı tələbəni öldürən şəxslərin görüntüləri yayıldı – FOTO - 20 Oktyabr 2017, 12:37
Azərbaycanlı qızın efirdəki erotik rəqsi marağa səbəb oldu - VİDEO - 20 Oktyabr 2017, 12:28
Yeni nazirdən ilk açıqlama: "İslahatlara ehtiyac var" - 20 Oktyabr 2017, 12:13
Reanimasiyada olan tanınmış diktor Almaniyaya göndəriləcək - 20 Oktyabr 2017, 12:08
İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO - 20 Oktyabr 2017, 12:07
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı - 20 Oktyabr 2017, 11:36
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - 20 Oktyabr 2017, 11:22
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl" - 20 Oktyabr 2017, 11:02
Tələbə qəbulu Qaydalarında dəyişiklik edildi - 20 Oktyabr 2017, 10:58
“AtaBank” zamin qadını həbs etdirdi - Borclunun özünü tapa bilmirlər... - 20 Oktyabr 2017, 10:49
Deputatlığa namizəd azərbaycanlı güllələndi - İki dostu və qayınatası ilə birlikdə - FOTO - 20 Oktyabr 2017, 10:45
«Lənkəranski»nin varidatı uğrunda müharibə: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar... - 20 Oktyabr 2017, 10:37
"İlk həyat yoldaşım alfons idi "– Səidə Dadaşova - 20 Oktyabr 2017, 10:31
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10