YAP Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyən etdi

YAP Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyən etdi
SİYASƏT
09:51 10.03.2020
2953
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası yekunlaşıb.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi müəyyən edilib.

Xatırladaq ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
OXŞAR XƏBƏRLƏR