00:23 şənbə, 24 Fevral 2018
SOSİAL

Yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var

19:12, 16.08.20171077
Yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var
Masallıda ağır yol qəzası olub.
 
AZXEBER.COM-un məlumata görə, hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.
 
Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.
 
 apa.az
 
0
XƏBƏR LENTİ