06:16 Cümə, 23 Avqust 2019
SOSİAL

Yasamalda binada yanğın - 6 nəfər təxliyə olundu

19:04, 20.07.20195013
Yasamalda binada yanğın - 6 nəfər təxliyə olundu

Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və binanın dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ