“Yaxşı ki, indi o telekanal yoxdur” - Əli Həsənov

06 Oktyabr 2017, 13:57
AAA
"Son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb".
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. 

Ə. Həsənov bildirib ki, konfransda faydalı müzakirə aparılıb: "Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutumuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-lərin də öz rolu var. Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir çoğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar"

Prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb:"Amma düşünürəm ki, bu müzakirə əhəmiyyətlidir. İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmaqla cəmiyyətimizə heç nə verilmir".

Ə. Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: "AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu məsələni Türkiyə əleyhinə məsələ kimi qabardaraq, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".

Ə. Həsənov deyib ki, bir neçə il əvvəl Azərbaycanda Türkiyə seriallarının verilməsi dayandırılıb: "Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazağın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik? Türkiyə də bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları da Azərbaycanda yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq".

Oxunma sayı : 1873

SON XƏBƏRLƏR
"Real" əsrin transferini bitirir: 450 milyon avro... - 12 Dekabr 2017, 12:21
Kərə yağı ucuzlaşmaq əvəzinə bahalaşdı - 12 Dekabr 2017, 12:11
Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə öldü - 12 Dekabr 2017, 11:53
İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi - Ölən var - 12 Dekabr 2017, 11:31
Bakıda şok hadisə: ayıq sürücü avtomobilin açarını qaçırdı - 12 Dekabr 2017, 11:10
Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı - 12 Dekabr 2017, 10:53
Yeni nazir bütün əməliyyatları dondurdu - Vergilər Nazirliyində durğunluq - 12 Dekabr 2017, 10:50
Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi - 12 Dekabr 2017, 10:49
Azərbaycanda bələdiyyə üzvü özünü öldürdü - 12 Dekabr 2017, 10:44
18 yaşlı model biabırçı şəkildə öldü - 12 Dekabr 2017, 10:42
Paytaxtda kütləvi dava: Bıçaqlananlar var - 12 Dekabr 2017, 10:40
Prezident ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi - 12 Dekabr 2017, 10:23
Bu da “Fazilet Hanım ve Kızları”nın aktyorunun sürpriz sevgilisi - FOTOLAR - 12 Dekabr 2017, 01:04
Heydər Əliyevin vəfatından 14 il keçir - 12 Dekabr 2017, 00:50
Yol qəzasında yaralanan hərbçi xəstəxanada ölüb - 11 Dekabr 2017, 22:37
Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib - 11 Dekabr 2017, 22:17
“Aysel deyir ki, subay olsaydın sənə...” Zaur - 11 Dekabr 2017, 21:40
Nyu-Yorku qana bulayan terrorçunun - Fotosu - 11 Dekabr 2017, 21:38
Prezident sərəncam verdi - 11 Dekabr 2017, 21:11
“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar - 11 Dekabr 2017, 20:50
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - 11 Dekabr 2017, 20:29
Röyanın keçmiş biznes ortağı həbs edilib – FOTO - 11 Dekabr 2017, 20:06
Fazil Məmmədovun ailə - FOTOLARI - 11 Dekabr 2017, 17:53
Vergilər Nazirliyi sahibkarlara müraciət etdi - 11 Dekabr 2017, 17:53
"Neftçi" "ASAN məktub" sosial layihəsinə qoşulur - 11 Dekabr 2017, 17:48
UNESCO-nun Forumunda Ermənistanın təxribatçı addımları pislənilib - 11 Dekabr 2017, 17:46
Sərxoş kişi kanala yıxıldı: meyiti tapıldı - Bərdədə - 11 Dekabr 2017, 17:37
Türkiyəyə ərə gedən azərbaycanlı qadın: “Ərim 8 bıçaq vurdu, qaynım yataq təklif elədi...” - 11 Dekabr 2017, 17:26
Salyandakı qətli törədənlər Bakı İstintaq Təcridxanasına köçürüldü - 11 Dekabr 2017, 17:23
Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir - 11 Dekabr 2017, 17:14
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - 11 Dekabr 2017, 17:13
“Yaşa Bakinski”ni öldürənə 18 il verildi - 11 Dekabr 2017, 17:10
“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik - Dayanacaqda saxlamır (VİDEO) - 11 Dekabr 2017, 16:38
Salyandakı amansız qətlin sirri – FOTO - 11 Dekabr 2017, 16:33
Evlənmək istəyən 11 nəfərdə QİÇS tapıldı - 11 Dekabr 2017, 16:22
Qurban Qurbanovun Azərbaycan milli komandasında debüt oyununun tarixi açıqlanıb - 11 Dekabr 2017, 16:21
“Gelandewagen”lə adam öldürən Əli Həsənovun nəvəsi azadlığa çıxır – Yaxın tarixdə - 11 Dekabr 2017, 15:56
Bakıya köçən moskvalı qız yollardakı vəziyyətdən şoka düşdü - FOTO - 11 Dekabr 2017, 15:43
"Real - "PSJ"yə, "Barsa" - "Çelsi"yə, "Beşiktaş - Bavariya"ya qarşı - PÜŞK ATILDI - 11 Dekabr 2017, 15:22
Fədayə Laçınla bağlı məhkəməyə müraciət ediləcək - 11 Dekabr 2017, 15:16
Ramil Usubov rəisi işdən çıxardı - 11 Dekabr 2017, 15:06
Bu qurumların Dövlət Sosial Müdafiə Fonduna borcu var - 11 Dekabr 2017, 14:59
Gülər Əhmədovanın oğlu nişanlandı – FOTO - 11 Dekabr 2017, 14:25
Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşdu - Yaralı var - 11 Dekabr 2017, 14:23
Tanınmış idman şərhçilərinə vəzifə verildi - 11 Dekabr 2017, 14:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10