11:57 Bazar Günü, 18 Noyabr 2018
Maqazin

“Yaxşı kişi maşının qiymətini deməz” - Cavanşır Məmmədov

19:09, 22.10.20184101
“Yaxşı kişi maşının qiymətini deməz” - Cavanşır Məmmədov
ARB TV-nin "Show news" verilişinin çəkiliş qrupu bu dəfə əməkdar artist Cavanşir Məmmədovla görüşüb.

AZXEBER.COM bildirir ki, "Məşhurların avtomobilləri" rubrikasının qonağı olan əməkdar artist maşınında olanları gizlətməyə çalışıb.

"Maşınınızın qiyməti neçəyədir?" sualı sənətçini özündən çıxarıb:

"Yaxşı kişi maşının qiymətini deməz, əsas odur ki, insan qiymətli olsun".
 
Cavanşir Məmmədov daha sonra maşınını ələk-vələk edən jurnalisti əməlli-başlı atmaca atəşinə tutub:

"Sənin kimi səliqəsiz adamlar oturub əzirlər maşındakı əşyaları. Mənə məsləhətin lazım deyil, özün maşın alanda özünə məsləhət edərsən. Sən maşına yaxın gələ bilməyəcəksən".

Sonda əməkdar artist avtomobilinə baxış keçirən jurnalisti hədələyən həmkarı Manaf Ağayev barəsində də fikir səsləndirib:

"Mənim Manafla işim yoxdur, özü bilər". 
 


Xatırladaq ki, proqramın ötən buraxılışında Manaf Ağayev maşınının qiymətini açıqlamışdı.

XƏBƏR LENTİ