01:24 Cümə, 19 Yanvar 2018
MARAQLI

Yazarlar bu dəfə körpənin həyatını xilas etmək üçün toplaşacaq – Aksiyaya siz də qoşulun

16:18, 28.04.2017315
Yazarlar bu dəfə körpənin həyatını xilas etmək üçün toplaşacaq – Aksiyaya siz də qoşulun
Bir körpənin həyatını xilas etmək üçün yazarlar bir araya gələcək.
 
AZXEBER.COM xəbər verir ki, İnci adlı körpənin həyatı təhlükə altındadır. Başına su yığılan körpənin təcili əməliyyat olunması üçün valideynlərinin maddi imkanı yoxdur. Körpənin həyatını xilas etmək üçün yazarlar aksiya keçirəcəklər. 30 aprel saat 13:00-da, İncinin ad günündə Rabiqə Nazimqızı, Kənan Hacı, Nuranə Nur Yusif, Nazim Ərəbsoy, Fuad Cəfərli, İntiqam Yaşar və başqaları "Buggy Bug” uşaq inkişaf və tədris mərkəzində xeyriyyə aksiyası təşkil edəcək. Yazarlar kitab imzalama mərasimində iştirak edəcək və toplanana gəlir körpənin müalicəsinə sərf ediləcək.
 
Aksiyaya qoşulmaq istəyənlər Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metosunun yanı,Uşaq poliklinikasının arxasında yerləşən "Buggy Bug” uşaq inkişaf və tədris mərkəzinə gələ bilərlər.
 

0
XƏBƏR LENTİ