13:15 Cümə, 19 Yanvar 2018
İDMAN

Yelkənçilərimiz növbəti önəmli yarışa hazırlaşır

11:15, 11.04.2017241
Yelkənçilərimiz növbəti önəmli yarışa hazırlaşır

 

Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) verdiyi məlumata əsasən, yelkənçilərimiz aprel ayında, 2 önəmli beynəlxalq yarışlarda iştirak etməyə hazırlaşır.

 

AZXEBER.COM xəbər verir ki, Burcu Algon Giorgianni-nin rəhbərliyi, "Optimist" sinfi üzrə məşqçi Seyhun Yıldız, "Laser" sinfi üzrə məşqçi Tuğçe Subaşı və köməkçi məşqçi Aleksandr Knyazev ilə SFA-nin 5 "Optimist" və 3 "Laser" yelkənçiləri 08-17 Aprel Sloveniyada keçiriləcək "Optimist Sailing Point Regatta 2017" və "Laser Izola Spring Cup"-da iştirak edəcəklər.

Yığma iştirakçıları:

 

"Optimist": 1) Murad İsmayılov 2) Rafiq Orucov 3) Murad Allahverdi 4) İsmayıl Kərimov 5) Kristina Kərimova

"Laser": 1) Selcan Abbas 2) Cavid Kərimov 3) Ammar Hatim

 

Ölkəmizi təmsil edəcək 8 yelkənçimizə uğur arzu edirik və qələbələrinə inanırıq!

Daha ətraflı: https://www.facebook.com/sailingaze

0
XƏBƏR LENTİ