Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi

Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
İQTİSADİYYAT
16:32 03.12.2020
1004

Cəbhədə vəziyyətin sabitləşməsi və İnternetlə bağlı məhdudiyyətlərin aradan qalxması ilə Yelo Bank cari ilin sentyabr ayında start götürən «Yelo school» sosial layihəsinin ikinci hissəsini reallaşdırmağa başladı. 

AZXEBER.COM xəbər verir ki, "Parlaq gələcək təhsildədir "şüarı altında həyata keçirilən bu layihə Yelo Bank-ın təlimçilər komandası ilə "Master Coach Azerbaijan" şirkətindən Səbinə Rəhimova və «Стоп Угроза» Uşaqlar və Valideynlər üçün Beynəlxalq Təhlükəsizlik Məktəbinin təlimçisi Nigar Cəmşidi ilə ortaq şəkildə təşkil olundu. Onlayn təlim formasında keçən məşğələdə Lənkəran rayonu, Boladi kəndinin 1 nömrəli orta məktəbinin 7-11 sinif şagirdləri iştirak etdilər.  

Təlimlərin məqsədi şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək etmək və liderlik keyfiyyətlərini müəyyənləşdirməkdir. Proqram çərçivəsində təhlükəsiz İnternet, çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunur.
Bankın "Yelo school” layihəsinin inkişaf perspektivləri ilə bağlı böyük planları var. Biz şagirdlərin bölgələr üzrə əhatə dairəsini genişləndirmək, bununla yanaşı bank işçilərinin və müştərilərimizin uşaqlarını da bu layihəyə cəlb etməyi planlaşdırırıq.

Xatırlatmaq istərdik ki, layihə bu ilin sentyabr ayında başlayıb. İlkin olaraq, şagirdlərin karantin dövründə təhsilə çıxışlarının asanlaşdırılması məqsədi ilə Lənkəran rayonu, Boladi kəndinin 1 saylı orta məktəbinin aztəminatlı ailələrindən olan və bilikləri ilə seçilən şagirdlərinə və onların müəllimlərinə planşet və internet paketləri hədiyyə etmişdik.
 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”