Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür

21 Noyabr 2017, 16:47
AAA

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür.

AZXEBER.COM xəbər verir ki, Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Bu fikirləri xalqımızın ümummilli lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının onuncu ildönümündə demişdi. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda baş verən məlum hadisələrin - hakimiyyət uğurunda gedən çəkişmələrin, özbaşınalıqların, Ermənistanın torpaqlarımıza hərbi təcavüzünün cərəyan etdiyi bir vaxtda 91 vətənpərvər insanın tarixi missiyanı öz üzərinə götürərək Heydər Əliyevə müraciət göndərməsi, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında əvəzsiz rol oynadı. Ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdı. Xalq bilirdi ki, onu bu çətin vəziyyətdən yalnız Heydər Əliyev amili, onun beynəlxalq aləmdəki siyasi çəkisi xilas edə bilər. Bir sözlə, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Məhz 91 nəfər ziyalının müraciəti də xalqın istəyinə və tələbinə söykənirdi.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşdı və onun həllinə çalışdı. Bir zamanlar xəyal edilən iqtisadi layihələr həyata keçirildi. "Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Artıq Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıraları durmadan genişlənir. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir və onların 40 faizi gənclərdir. İyirmi beş illik şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.


Oxunma sayı : 174

SON XƏBƏRLƏR
Röya “Altın Kelebek” aldı - Video - 11 Dekabr 2017, 11:31
60 yaşlı kişi diri-diri yandı - Azərbaycanda dəhşətli hadisə - 11 Dekabr 2017, 11:14
Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb - 11 Dekabr 2017, 10:52
Ramil Səfərovə yeni rütbə verildi - FOTO - 11 Dekabr 2017, 10:44
Bakı-Quba yolunda avtobus qəzaya uğradı: Yaralılar var - 11 Dekabr 2017, 10:42
Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib - 11 Dekabr 2017, 10:17
18 yaşlı qız sevgilisi ilə cinsi əlaqə zamanı canlı yayım etdi: 3 dəqiqə davam etdi - FOTO - 11 Dekabr 2017, 10:13
MTN generalı apellyasiya şikayəti verdi - 11 Dekabr 2017, 10:02
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal - 11 Dekabr 2017, 09:54
Ən qədim budda məbədi alovlandı - VİDEO - 11 Dekabr 2017, 09:52
“Mən Natavanı məcbur elədim...” - Dado yenə danışdı - 11 Dekabr 2017, 09:47
Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçdı - Foto - 11 Dekabr 2017, 09:42
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim - 11 Dekabr 2017, 09:37
Manatın bu günə olan məzənnəsi - RƏSMİ - 11 Dekabr 2017, 09:28
Bakı metrosunda gənc özünü qatarın altına atdı - 11 Dekabr 2017, 09:19
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı - 11 Dekabr 2017, 09:06
Daha bir serial sevişmə səhnələrinə görə cəzalandırıldı - 10 Dekabr 2017, 21:22
Ələkbərovun səhmləri müsadirə olunacaq - 10 Dekabr 2017, 20:49
Səidə Natavanla Dadonun boşanmasından danışdı: "Hər şeyi olduğu kimi deyəcəm" - 10 Dekabr 2017, 20:30
Bakıda ağır qəza: Avtomobil iki yerə bölündü – FOTO - 10 Dekabr 2017, 19:59
“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan - 10 Dekabr 2017, 19:32
Nazim İbrahimovun qızı nişanlandı - Fotolar - 10 Dekabr 2017, 13:58
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar - 10 Dekabr 2017, 12:30
Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto - 10 Dekabr 2017, 12:23
Rövşanə radioaparıcılarını tənqid etdi: "Bir az kişi səsi ilə danışın" - 10 Dekabr 2017, 11:54
Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı - VİDEO - 10 Dekabr 2017, 11:30
61 yaşlı qadın faciəvi şəkildə öldü - 10 Dekabr 2017, 11:28
Bakı metrosunda tanınmış rejissorun halı pisləşdi - Reanimasiyaya yerləşdirilib - 10 Dekabr 2017, 10:33
“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü - 10 Dekabr 2017, 10:19
London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı - 09 Dekabr 2017, 22:49
“Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı - 09 Dekabr 2017, 22:23
Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO - 09 Dekabr 2017, 21:58
Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var - 09 Dekabr 2017, 21:37
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - 09 Dekabr 2017, 21:15
Qurban Qurbanov mükafatına qovuşdu - Fotolar - 09 Dekabr 2017, 20:49
Natavanla Dado barışıb? - 09 Dekabr 2017, 20:19
Bakıda tikilməkdə olan bina uçub - FOTO - 09 Dekabr 2017, 20:06
“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir - 09 Dekabr 2017, 19:51
"Gənclik Mall"un icraçı direktoru ziyarətçiləri hədələdi - FOTOLAR - 09 Dekabr 2017, 18:13
Aygünün ərə getdiyi şəxsin kimliyi açıqlandı: 150 minlik orkestr gəlir - 09 Dekabr 2017, 14:49
İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi - RƏSMİ - 09 Dekabr 2017, 12:35
Prezidentin icra başçılarına verdiyi vaxt bitir - Kimlər vəzifədən gedəcək? - 09 Dekabr 2017, 12:32
Bakıda özünü binadan atan qız tələbə imiş - FOTO - 09 Dekabr 2017, 11:26
“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab - 09 Dekabr 2017, 11:14
İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı - 09 Dekabr 2017, 11:07
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10