02:55 Bazar Ertəsi, 22 Oktyabr 2018
SİYASƏT

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikiləcək - 10,2 milyon manat ayrıldı

18:35, 06.08.20183997
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikiləcək - 10,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.

 

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon (on milyon iki yüz min) manatı İqtisadiyyat Nazirliyinə ayrılıb.

XƏBƏR LENTİ