03:26 Bazar Ertəsi, 18 Dekabr 2017
DÜNYA

Yeni doğulmuş çağanı torbaya büküb atdılar - VİDEO

13:50, 02.12.20172445
Yeni doğulmuş çağanı torbaya büküb atdılar - VİDEO
Polietilen torbada olan çağa boğulmaq ərəfəsində idi. O, xilas edilməsə, öləcəkdi.
 
Filippinin Kalokan şəhərindəki küçələrdən birində yeni doğulmuş uşaq tapılıb. Gecə saat 1 radələrində küçədən keçən bir qrup şəxs yol kənarında saxlanmış motosikldən uşaq səsi eşidiblər.

Onlar yaxınlaşanda torbadakı çağanı görüblər.

Hadisə yerinə çağırılmış təcili yardım uşağı xəstəxanaya aparıb.

Uşağın durumu indi normaldır.

Polis uşağı torbaya büküb atanı və ya atanları arayır.
///Milli.Az

0
XƏBƏR LENTİ