19:32 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Yeni inşa ediləcək texnoparka 630 milyon manat ayrıldı

09:17, 19.12.20121129
Yeni inşa ediləcək texnoparka 630 milyon manat ayrıldı

Gəncədə bir neçə zavoddan ibarət olacaq yeni texnopark yaradılır.AZXEBER.COM-un məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Rafiq Şəfiyev bildirib.Onun sözlərinə görə, işlərə artıq başlanılıb və 2016-cı ildə yekunlaşması planlaşdırılır:“Bunun üçün DETAL Alüminium zavodunun ətrafında 133 hektar ərazi ayrılıb. Bu texnoparkın fəaliyyəti birbaşa alüminium və dəmir istehsalı ilə bağlı olacaq. Bununla yanaşı texnoparkın yaxınlığında polad əritmə zavodu da tikiləcək. Texnoparkın tikintisinin birinci hissəsi 2013-cü ildə başa çatdıqdan sonra alüminium istehsalı 50 min tondan 100 min tona çatdırılacaq. Bildirim ki, burada illik istehsal gücü 850 min ton olan DRE zavodu, həmçinin istehsal gücü 650 min ton olan PELET zavodu da istifadəyə veriləcəkdir”.Rafiq Şəfiyevin sözlərinə görə, texnoparkın yaradılması ilə bağlı olaraq 630 milyon manat investisiya ayrılıb. O həmçinin burada çalışacaq işçilərin əməkhaqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, yeni inşa ediləcək zavodlarla birlikdə burada çalışanların sayı 5 minə yaxın olacaq. İşçilərin orta aylıq əməkhaqqları isə 350-400 manat arasında dəyişəcək.

XƏBƏR LENTİ