06:45 çərşənbə Axşamı, 25 Sentyabr 2018
MEDİA

"Yeni Müsavat" qəzeti 28 yaşını tamamladı — Videomüsahibə

12:43, 11.11.2017411
Azərbaycanın köklü qəzetlərindən olan "Yeni Müsavat" qəzeti bu gün özünün 28-ci quruluş ildönümünü qeyd edir.
AZXEBER.COM musavat.com-a istinadən bu münasibətlə qəzetin qurucu baş redaktoru və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlu ilə müsahibəni təqdim edir.

Qısa arayış: "Yeni Müsavat" qəzetinin ilk sayı 1989-cu ilin 10 noyabrında oxucusu ilə görüşüb. Qəzetin redaksiyası iki il - 1991-ci ilin oktyabr ayının sonlarına qədər gizli fəaliyyət göstərib. "Samizdat" üsulu ilə çap olunan və AMDP "Yeni Müsavat" adlı partiyanın yayın orqanı kimi fəaliyyət göstərən qəzetin ilk 17 nömrəsi Azərbaycanda və Tiflisdə gizli yolla dərc olunub. Yalnız Azərbaycan de-yure müstəqillik əldə etdikdən sonra qəzeti rəsmi qeydiyyatdan keçirtmək mümkün olub. 1989-91-ci illərdə Gəncədə yerləşən redaksiya 1991-ci ilin axırlarında, rəsmi qeydiyyatdan sonra Bakıya, AXC-nin qərərgahına köçüb. AXC sədri Ə. Elçibəyin dəstəyi ilə qəzetin ilk redaksiyası hərəkatın Sahil bağında yerləşən qərargahında qurulub.

Qəzetin qurucusu və ilk baş redaktoru Rauf Arifoğlu olub.O, 28 ildir ki, "Yeni Müsavat"a rəhbərlik edir.

Bu videoda R. Arifoğlu 28 ilin hekayəsinin bir qismi haqda danışır.
 

XƏBƏR LENTİ