Yenicag.az 10 ilini qeyd edir

05 Sentyabr 2017, 13:17
AAA
Bu gün Yenicag.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur.

1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan Yenicag.az 2007-ci il sentyabrın 5-də yayıma başlayıb.

Yenicag.az Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara çatdırır.

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran Yeniçağ.az-da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan Yenicag.az mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk və rus dili versiyaları da yayıma başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.

Yenicag.az Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərməkdədir. Saytın rəhbəri Aqil Ələsgərin təşəbbüsü ilə Türkiyədə hər il Xocalı Soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir, yayım materialları hazırlanır və müxtəlif aksiyalar təşkil olunur. Yenicag.az rəhbərinin təşəbbüsü və dəstəyi ilə Xocalı Soyqırımının canlı şahidlərindən biri olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün” kitabı nəşr olunub.

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul çevriliş cəhdindən daha əvvəl bu şəbəkənin ifşasında yorulmadan fəaliyyət göstərən Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü” və "Səssiz işğal” kitablarını çap etdirib.

Yenicag.az bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır.

10 illik yubileyini qeyd edən Yenicag.az öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələr həyata keçirəcəyi istiqamətdə addımlayır.

Bu gün "Yeni Çağ Azərbaycan” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi üç-dörd milyon arasıdır.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.
 
AZXEBER.COM adından Yenicag.az kollektivini təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayırıq!


Oxunma sayı : 145

SON XƏBƏRLƏR
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq” - 24 Noyabr 2017, 11:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10