08:54 şənbə, 23 Mart 2019
İQTİSADİYYAT

Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!

16:55, 14.03.20194018
Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!
Ölkənin ən gənc və innovativ mobil operatoru olan "Nar” yenilənmiş "CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra "CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək.
 
AZXEBER.COM xəbər verir ki, yenilənmiş "CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, "CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. "CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. "CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, "CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır.

"CavanNar 9”-a qoşulmaq üçün "C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. "CavanNar 6”-ya qoşulmaq üçün isə "C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir.

Qeyd edək ki, "CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan "Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə "Nar”-ın 4G şəbəkəsi ilə təmin edilib.

"CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
XƏBƏR LENTİ