19:46 Cümə Axşamı, 05 Dekabr 2019
TOP4

“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - MTRŞ sədri

11:04, 14.11.20196929
“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - MTRŞ sədri
Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox, təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki, Azərbaycan ailəsi ancaq belə olmalıdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli bildirib.

Onun sözlərinə görə, serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər: "Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!"
XƏBƏR LENTİ