14:06 şənbə, 24 Fevral 2018
Maqazin

Yığmamızın üzvü: "Arvadım müğənni olsa da, bizim sevgimiz əbədidir" - FOTOLAR

13:56, 22.06.2017717
Yığmamızın üzvü:

 

"Həyat yoldaşım şahzadədi, başına tac qoymuşam”.

 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Rolanda Əliyev deyib.

 

32 yaşlı oyunçu yaşadığı Litva mətbuatının gündəmini zəbt edib. Daima həyat yoldaşı Qoda Əliyeva ilə birgə diqqət mərkəzinə düşən Əliyev bu dəfə də ənənəsinə sadiq qalıb. O, müğənni olan sevgilisi haqda danışıb: "Qoda onu tərifləməyimi xoşlayır. Qadının yaxşı ailəsi varsa, evdə hər kəs xoşbəxt olur. Dəfələrlə bu fikri səsləndirmişəm ki, ailə qadından başlamalıdı. Əgər o, xoşbəxt deyilsə və səhər yeməyini gülüşsüz keçirirsə, deməli, gün ərzində hər şey pis olacaq”.

 

Hazırda 2 uşaq atası olan basketbolçu yeni ailə qurduğu vaxt müğənninin kaprizləri ilə üzləşdiyini də etiraf edib. Onun sözlərinə görə, xanımı şou aləmində olsa da, sevgiləri əbədidi.  

 

Qeyd edək ki, Əliyevin karyerası Litva ilə bağlıdı. O, bu ölkənin əsas komandasına lazım olmadıqdan sonra Azərbaycan Basketbol Federasiyasının dəvətini qəbul edərək, yığmamızda oynamağa razılıq verib. Lakin millimizdə özünü yaxşı tərəfdən göstərə bilməyib.

 

 

 

 

 


0
XƏBƏR LENTİ