22:17 Bazar Ertəsi, 19 Noyabr 2018
MARAQLI

Yorğun hiss etdiyimiz zamanlar özümüzü motivasiya etməyin 9 yolu

21:39, 13.05.20185905
Yorğun hiss etdiyimiz zamanlar özümüzü motivasiya etməyin 9 yolu

Hamımızın özümüzü çox yorğun hiss etdiyi zamanlar olmuşdur. Çox vaxt gecə yaxşı yata bilmədiyimiz və ya gec saatlara qədər işləmək məcburiyyətində olduğumuz zamanlarda bu yorğunluğu hiss edirik. Bəzən də heç bir şey etmədən üzərimizə yorğunluq çökür. Bu çox şişirdiləcək bir vəziyyət deyil. Yəni hər zaman enerjili olmalıyıq deyə bir qanun yoxdur.

Azxeber.com bildirchin.az-a istinadən bildirir ki, enerjili olduğumuz dövrlərdə məhsuldar oluruq və iş görmək bizə çox çətin gəlmir, amma özümüzü yorğun hiss etdiyimiz zamanlarda etdiyimiz hər şey işgəncəyə çevrilir və çox vaxt da heç bir şey etməməyi qərara almağımıza səbəb olur. Belə zamanlarda özümüzü motivasiya edə biləcək tək adam isə özümüzük.

Ona görə bu yorğun dövrlərimizdə özümüzü motivasiya etməyimizə kömək edə biləcək 9 addıma baxaq.

Sadəcə başlayın

Bir işə başlayarkən bəzən yalnız işin böyüklüyü belə bizi yora bilir. Yəni bu işi necə edərik, bunu necə həyata keçirərik deyə düşünərkən nəticə olaraq heç başlaya bilmirik. Bunu aşmaq üçün də atıla biləcək ən kiçik addımı atın, gerisi onsuz da gələcəkdir.

Bir siyahı hazırlayın ya da varsa yeniləyin

Enerjiniz aşağı olanda, hər şeyi beyninizdə planlaşdırmaq çətin olur. Ona görə sizi hərəkətə keçirə biləcək, sizi motivasiya edəcək bir siyahı hazırlayın və buna bağlı qalın. Hətta əgər mümkündürsə hər günə yeni bir siyahı hazırlamaq daha yaxşı olacaqdır.

Yerinizi dəyişdirin

Bir marketdə edilən araşdırmaya görə su rəfləri kassirə daha yaxın bir yerə gətirildikdən sonra su satışlarında 28% bir artım olduğu müəyyən olunmuşdur. İnsanların motivasiya olması da əslində eyni vəziyyətə əsaslanır. Vərdişləri bir az dəyişdirərək motivasiyamızı artırmaq çox gözəl bir üsuldur. Yəni yataqda yatırıq, masada çalışırıq, mətbəxdə yemək yeyirik. Bu vərdişləri biraz dəyişdirərək, motivasiyamızın hansında daha çox olduğunu tapa bilərik.

Hərəkətli musiqilər dinləyin

İdman salonuna gedən insanların böyük əksəriyyəti hərəkətli musiqi dinləyir. Bunun səbəbi hərəkətli musiqinin zehni olaraq enerjili hiss etdirməsidir. Musiqiyə həm psixi, həm də fiziki olaraq reaksiya veririk.

XƏBƏR LENTİ