“Yüksəliş” müsabiqəsinin iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

İQTİSADİYYAT
16:04 27.10.2020
323

"Yüksəliş” müsabiqəsinin bir qrup iştirakçısı cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə  açıq müraciət edərək, Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda haqq mübarizəsində dəstəklərini ifadə edib, xalqımıza yaşatdığı qələbə sevincinə görə minnətdar olduqlarını bildiriblər.

"Yüksəliş” müsabiqəsinin iştirakçılarının müraciətini təqdim edirik:

"Cənab Ali Baş Komandan!

Biz Sizdən səbirli və sülh tərəfdarı olmağın zəiflik olmadığını, həddini aşan, milli təhlükəsizliyimizi təhdid edən mənfur düşmənə qarşı sərt, barışmaz mövqe sərgiləməyi öyrəndik.

Biz Sizdən xeyirxah, mehriban olmağı, lakin azğın, hiyləgər düşmənə qarşı sərt mövqe sərgiləməyi və heç zaman unutmayacağımız tarixi dərs verməyi öyrəndik.

Biz Sizdən yüksək natiqlik qabiliyyəti ilə çıxış etməyi, lakin lazım gəldikdə düşmənlə öz dilində danışaraq çirkin mahiyyətini ona xatırlatmağı öyrəndik.

Biz Sizdən yüksək döyüş hazırlığına malik orduya sahib olmağımıza baxmayaraq, namərdcəsinə mülki şəxsləri hədəfə alan düşmənlə müharibə qaydalarına uyğun mərd mübarizə aparmağı öyrəndik.

Əmin olun ki, cəmiyyətdəki mövqeyimizdən asılı olmayaraq, bu yolda biz hamımız Sizin əsgərlərinizik.

Bizə qalib xalqın nümayəndəsi olmaq hissini yaşatdığınız üçün sonsuz təşəkkürümüzü bildiririk.
Yazılan yeni tariximiz və yüksəlişimiz Qarabağdan başlasın. Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!

Xatırladaq ki, "Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi

18:53 04.12.2020

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

18:39 04.12.2020

Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı