22:02 Cümə Axşamı, 20 Iyun 2019
TOP4

Yurçeviç azarkeşlərdən üzr istədi: “Utancverici nəticədir"

01:09, 12.06.20195862
Yurçeviç azarkeşlərdən üzr istədi: “Utancverici nəticədir
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Avro-2020"nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
 
Yurçeviç oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 1:5 hesablı məğlubiyyət utancverici nəticədir. 

"Bəli, utancvericidir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək", - Yurçeviç deyib. 

Baş məşqçi ümid edir ki, növbəti oyunlarda milli komanda daha yaxşı oynayacaq, bir daha böyükhesablı məğlubiyyətlə üzləşməyəcək.

Qeyd edək ki, bu gün Azərbaycan millisi "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində "Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib. Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.
 
XƏBƏR LENTİ