12:39 Bazar Günü, 21 Iyul 2019
Maqazin

"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm" - VİDEO

15:03, 19.06.20194793
"Burda ne var ki o sözü zarafata demişəm, o mənim ağzımın sözüdür".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.
 
O efirdə musiqiçilərə dediyi "Xod ver ə köpək oğlu" sözünün normal olduğunu iddia edib: 
 
"Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki, "
 
Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa AZXEBER.COM-a deyib ki, o söz təhqir üçün işlədilməyib: "Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O mənim doğmamdır, burada qeyri-etik nə söz var ki? O mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib". 
 
Qeyd edək ki, müğənni ATV-də yayımlanan  "Şou ATV” verilişində bu sözləri işlədib.
 
Video Qafqazinfo saytına məxsusdur.
 
Nazim Qasımzadə
 

 

XƏBƏR LENTİ