21:34 Bazar Günü, 17 Dekabr 2017
GƏNCLİK

Yusuf Məmmədəliyev Gənclər Fondunun qonağı olub – FOTO

17:33, 09.06.2017385
Yusuf Məmmədəliyev Gənclər Fondunun qonağı olub – FOTO

 

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olub. 

AZXEBER.COM xəbər verir ki, görüşdə həmçinin Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak edib.

Görüş zamanı Azərbaycan Rrespublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumatı qonaqların nəzərinə çatdırılıb.

Daha sonra qonaqlar üçün Fondun təqdimatı keçirilib. 

Gənclər Fondunun İnformasiya Texnoloqiyaları üzrə mütəxəssisi Sahil Balazadə Fondun rəsmi saytı, elektron xidmətləri, bazası haqqında ətraflı danışdı. S.Balazadə şəffaqflığın təmin olunması üçün ölkədə ilk dəfə elektron müraciət sisteminin tətbiq olunduğunu qeyd edib. 5 il ərzində Fondun rəsmi saytından 10548 qeydiyyat qeydə alınıb ki, onlardan 294-ü gənclər təşkilatlarına, 10254-ü isə fiziki şəxslərə aiddir. 

Təqdimatı Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov davam etdirib. O, Fondun maliyyə vəsaiti hesabına bu vaxta gədər 9 qrant müsabiqəsi çərçivəsində Azərbaycanın müvəqqəti işğal altında olan rayon və şəhərləri istisna olmaqla, ölkənin bütün digər inzibati ərazi vahidlərində (rayon və şəhərlər) gənclər təşkilatları və fiziki şəxslər tərəfindən layihələr keçirildiyi vurğulanıb. 

Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva D kateqoriyası (səfər qrantları), həmçinin Gənclər Fonduna gəlmiş xarici qonaqlar haqqında geniş məlumat verib. V.Niftəliyeva bildirib ki, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində gənclər tərəfindən 51 ölkəyə, 117 şəhərə səfər edilib. 

Görüşün sonunda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev onu maraqlandıran sualları Fondun əməkdaşlarına ünvanlayıb və Fondun fəaliyyəti haqqında müzakirələr aparılıb.

 

 

 

 

 

 

 

 

 


0
XƏBƏR LENTİ