19:53 Cümə Axşamı, 18 Iyul 2019
İDMAN

"Yuventus Real-dan daha yaxşıdır"

14:57, 16.04.20194096
"Ayaks"ın baş məşqçisi  Erik ten Haq "Yuventus" ilə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunu ilə bağlı proqnozlarını bölüşüb.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, o deyib:

"mövsümün əvvəlində heç kim gözləmirdi ki, biz Çempionlar Liqasının ¼ final mərhələsində oynayacağıq. Lakin komanda mükafatlar uğrunda mübarizə apara biləcək irəliləyişə nail oldu. Biz özümüzə və yaxşı nəticəyə inanırıq.

"Yuventus" Real-dan daha yaxşıdır, o, çox yetkin komandadır. Ötən həftə biz çox yaxşı oynadıq, indi həmin şeyi təkrar etmək lazımdır", - deyə UEFA-nın rəsmi saytı mütəxəssisin sözlərini sitat gətirib.

"Yuventus" - "Ayaks" matçı bu gün axşam Turinin "Alyans" stadionunda keçiriləcək. Amsterdamdakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
XƏBƏR LENTİ