14:17 Bazar Günü, 08 Dekabr 2019
DÜNYA

Yüz ölç, bir biç - Həkimlərdən misli görünməmiş səhv

18:13, 01.12.20194825
Yüz ölç, bir biç - Həkimlərdən misli görünməmiş səhv

Amerikanın Nyu-Cersi ştatında transplantoloqlar səhv edərək, başqa xəstəyə böyrək köçürüblər.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, noyabrın 18-də 51 yaşlı amerikalıya donor böyrəyi köçürülüb. Bir müddət keçəndən sonra həkimlər başa düşüb ki, səhv ediblər, orqan eyni adlı, eyni yaşda başqa xəstəyə köçürülməliymiş.

Tibb müəssisəsinin əməkdaşları orqan tədarükü və orqan nəqli təşkilatına və dövlət səhiyyə nazirliyinə bu səhv barədə məlumat veriblər. Nəticədə orqana ehtiyacı olan xəstə 6 gün sonra uğurlu şəkildə əməliyyat edilib.

 

Xəstəxana rəhbərliyi misli görünməmiş səhvi etiraf edib. İdarə gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlər görəcəyini də bildirib.

XƏBƏR LENTİ